Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / KİV-də dövlət dili normalarını pozanlar 1000 manatadək cərimələnəcəklər – RƏSMİ

KİV-də dövlət dili normalarını pozanlar 1000 manatadək cərimələnəcəklər – RƏSMİ

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.
Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …