Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Kediciklər” Adnan Oktarı öydülər: “Gözəl əxlaqlı adamdır”

“Kediciklər” Adnan Oktarı öydülər: “Gözəl əxlaqlı adamdır”

Polis Adnan Oktarın evindən misilsiz dəyərli kitab tapdı

Adnan Oktarın Çəngəlköydəki evində ələ keçirilən Tövrat əlyazması polisi şoka salıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən Tövrat sadəcə sinaqoqlarda olan çox önəmli bir əsərdir. Maliyyə polisi hazırda bu çox dəyərli kitabın Oktar qrupunun əlinə necə keçdiyini araşdırır.

Təhqiqatçılar Adnan Oktar qrupunun İstanbulun Çəngəlköy bölgəsindəki evi ilə Umraniyyədəki bir anbarda yük maşınlarındakı tarixi əsərlərə əl qoyub. Sözügedən qrupdan ələ keçirilən tarixi əsərlər araşdırılmaq üçün Ayasofya Muzeyi Müdirliyi ilə Türk İslam Əsərləri Muzeyi Müdirliyinə göndərilib. Sözügedən əsərlərdən bir hissəsinin tarixi əsər kateqoriyasında olduğu deyilsə də, bir hissəsinin bu kateqoriyada olmadığı bildiirlib.

Bu arada A.Oktarın yanında olan və “kedicik” deyə adlandırılan qadınlar da bir-bir ifadə verməyə başlayıblar. Onlar ifadələrində birmənalı olaraq Oktarı tərifləyiblər. Varlı ailələrdən gəldiklərini deyən və lüks içində yaşayan “kediciklər” işsiz olduqlarını, eləcə də aylıq gəlirlərinin olmadığını deyiblər. Onlar eyni zamanda universitet məzunu olduqlarını da iddia edərək, onlarla bağlı yaranmış fikirlərin yanlışlığına etiraz ediblər. Şübhəlilərdən Dilem K., Deniz T., Elif K., Zeynəb B., Zeynəb Y. ilə Fərhundə B., işsiz olduqlarını və aylıq gəlirləri olmadığını iddia etdiyi halda, bir başqa şübhəli Esra S. də aylıq gəliri olmadığını, ancaq ailəsinin varlı olduğunu deyib.

Şübhəli Zeynəb B ifadəsində cinayət qrupunun içində olmadığını iddia edib: “Mən dindar bir insanam, ailəmə də çox bağlıyam. Adnan Oktar gözəl əxlaqlı bir insandır”.

Şübhəli Zeynəb Ş. haqqındakı ittihamları qəbul etmədiyini bildirib: “Təşkilata daxil deyil. Cinsi istismar hadisəsi tamamən fantastik bir hadisədir. Bu hadisə amerikan filmlərində olacaq bir şeydir. Mən uşaqlığımdan etibarən vicdanlı və dürüst bir insanam. Yaxşı bir təhsil almışam. Çox fərqli sektorlarda rəhbər vəzifələrdə çalışmışam”.

Şübhəli Fərhundə B. Adnan Oktarla 1999-cu ildə tanış olduğunu deyib. O deyib ki, baş verən son olayların ona, dostlarına və Adnan Oktara qarşı bir komplo olduğunu düşünür: “Bunun da ingilislərin bir oyunu olduğunu düşünürəm. Adnan Oktar vətənini və millətini sevən bir insandır”.

Şübhəli Zeynəb Y. A.Oktarı 30 ildir tanıdığını vurğulayaraq, “Biz vətənimiz, millətimiz üçün gözəl işlər görürük” deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …