Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İcra nümayəndəsi: Cəlilabaddakı dəhşətli qətl qisas məqsədilə törədilib – YENİLƏNİB

İcra nümayəndəsi: Cəlilabaddakı dəhşətli qətl qisas məqsədilə törədilib – YENİLƏNİB

Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətl hadisəsinin qisas məqsədilə törədildiyi ehtimal olunur.

Bu barədə virtualaz.org-a Cəlilabad İH-nin Qarazəncir kəndi üzrə nümayəndəsi Rövşən İmanov məlumat verib.

Hazırda təhqiqat aparıldığını deyən icra nümayəndəsi bildirib ki, istintaq prosesi getdiyinə görə, bütün detalları aça bilmir.

“Ailə çox kasıb şəraitdə yaşayıb, 88 yaşlı Firuzə Əsgərova pensiyaçı idi, qızı Sənubər Əsgərova isə birinci qrup əlil idi. Qəltllərin tamah məqsədilə törədilməsinə inanmıram. Ehtimal olunur ki, kimsə onlardan qisas almaq istəyib. Xəstə ailə olub, özləri öz problemləri ilə məşğul olublar, kiminləsə işləri olmayıb. Ailə vərəm xəstəsi olub, vaxtilə iki oğul vərəmdən ölüb. Bəzi danışa bilmədiyim məqamlar var, istintaq getdiyi üçün o barədə heç nə deyə bilmirəm”.

R. İmanov həmçinin qeyd edib ki, bu gün axşama qədər qətl hadisəsini törədən cinayətkar həbs ediləcək.

***

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Qafqazinfo xəbər verir ki, hadisə avqustun 29-u, gecə saatlarında baş verib.

86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər. Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Qiyas isə bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.

İlkin araşdırma zamanı hadisənin Bayramov Yaşar Qayıb oğlu tərəfindən törədildiyi müəyyən edilib. Y.Bayramov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …