Cümə , Aprel 26 2024
Ana səhifə / KƏRƏM HƏSƏNOVUN TEKTONİK BOMBALARI ŞƏHƏRİMİZİ DAĞIDA BİLƏR

KƏRƏM HƏSƏNOVUN TEKTONİK BOMBALARI ŞƏHƏRİMİZİ DAĞIDA BİLƏR

Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, AMEA Fizika İnstitutunun elmi əməkdaşı, professor Qüdrət İsaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, Daxili İşlər Naziri Ramil Usubova, BŞİH başçısı Hacıbala Abutalıbova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə, Prezident Administrasiyasının İnzibati Orqanlarla İş şöbəsinin rəhbəri Fuad Ələsgərova, Prezidentin köməkçisi Əli Həsənova, Binəqədi rayon İH başçısı Xaləddin İsgəndərova, ƏMDK sədri Kərəm Həsənova ünvanladığı şikayət məktubunun bir nüsxəsini də Azinforum.az İnformasiya Portalına göndərib və rəsmi qurumlara etdiyi şikayətin ictimailəşdirilməsini bizdən xahiş edib. Azinforum.az hörmətli professorun məktubunda adları çəkilən şəxslərin hər birinin cavab haqqını tanımaq şərtilə müraciəti olduğu kimi təqdim edir:

 

Yaşadığım mənzildə İlham Əliyev və Heydər Əliyev haqqında kitablar yazdım.

Yaşadığım mənzildə “Mənim Prezidentim İlhamdı”, “Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları” adlı kitablar yazdım. Mənzilimi həm ofis, həm də yaşamaq yeri kimi istifadə etdim. Xaricdə 100-dən çox elmi əsərim çap olunub. Bu əsərlərimi də öz mənzilimdə yazmışam. Facebookda 10 minlərlə üzvü və izləyicisi olan “Mənim Prezidentim İlhamdı” adlı səhifə və qrup yaratmışam. Bütün siyasi fəaliyyətim ölkəmizdə davamlı inkişafa və daimi əmin-amanlığın bərqərar olmasına yönəlib.

Amma Kərəm Həsənovlar yaşadığımız mənzildə məni və ailəmi Konstitusion hüquqlardan məhrum ediblər

Kərəm Həsənovlar mənə və ailəmə əmin-amanlıqda yaşamağa imkan vermirlər, mənim və ailəmin Konstitusion hüquqlarını zorakılıqla pozurlar.
1992-ci ildən bu günə kimi ailəmlə birlikdə Naxçıvani küç. 39A, mən3 ünvanda 3 otaqlı mənzildə yaşayıram. Bütün bu müddət – 24 il ərzində hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqları olan istirahət etmək hüququndan, ekoloji təmiz mühitdə yaşamaq hüququndan məhrum olmuşuq. Mənzilimizin altında çəkilən siqaret və nəşə tüstülərini udmuşuq. Zirzəmiyə tanımadığımız insanlar gəlib-gedib. Zirzəminin küçəyə baxan aparıcı divarı sökülüb, qapı və pəncərə oyuqları açılıb. Bunların nəticəsi olaraq binanın seysmik dözümlülüyü azalıb.
Son zamanlar zirzəmidə aktivlik artıb. Tanımadığımız insanlar zirzəmiyə gələrək burada yenidən tikinti-söküntü işlərinə başlayıblar. Aldığım məlumatlara görə AMİP-in Binəqədi rayon şöbəsinin mənim mənzilimin altında yerləşən zirzəmidəki otaqlara icarə müqaviləsi də ləğv edilib.
Nəzərinizə çatdırıram ki, Xətai Rayon Məhkəməsi də 05 may 2010-cu il tarixdə mənim iddiamla AMİP-lə Əmlak Komitəsi arasında bağlanan icarə müqaviləsini ləğv edən Qətnamə qəbul etmişdi. Qətnaməni 05.05.2016 tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə ünvanladığım müraciətimə əlavə etmişəm. Hələlik müraciətimə yalnız Dövlət Təhlükəsizliyi Xidməti reaksiya verib.

Hacıbala Abutalıbov həmən zirzəmini bağlatdırmışdı

Bina sakinlərinin şikayətlərini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti özünün 09. XI.2001-ci il tarixli sərəıncamıyla binanmızın konstruktiv möhkəmliyinə təsir göstərən yükdaşıyan divarda açılmış qanunsuz qapı oyuğunu hördürərək zirzəmini bağlatdırdı. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı H.Hüseynova tapşırıq verildi ki, sakinlərin haqlı narazılığına səbəb olmuş zirzəminin istifadəsi üçün verilmiş Binəqədi Rayon XDS İK-nin 19/484 saylı qərarını ləğv etsin və zirzəminin gələcəkdə zəbt olunmasının qarşısı alınsın.

Dövlətə xəyanətdə ittiham olunan Fərhad Əliyevin zorakı icarə müqavilələri və zorakı özəlləşdirmə

Hacıbala Abutalıbovun sərəncamdan bir qədər sonra Fərhad Əliyevin sədrlik etdiyi Əmlak Komitəsi Hacıbala Abutalıbovun bağı
latdığı qeyri- qanuni qapı oyuğunu təzədən sökdürdü və zirzəminin digər hissələrini də AMİP-in Binəqədi rayon şöbəsinə peşkəş etdi.
Fərhad Əliyev Azərbaycan qanunlarını ayaqlar altına ataraq binada yaşayan insanların heç birinin razılığını almadan AMİP-lə icarə müqaviləsi bağladı.

Kərəm Həsənovun zorakı icarə müqavilələri və zorakı özəlləşdirmə

Fərhad Əliyev həbs olunandan sonra onun yerinə Əmlak Komitəsinə sədr təyin olunan Kərəm Həsənov da Fərhad Əliyevin zorzkı özəlləşdirmə və zorakı icarə metodlarını “böyük uğurla” davam etdirdi. Yəni Kərəm Həsənov da Azərbaycan qanunlarını, dünya qanunlarını saya salmadan zirzəmilərin özəlləşdirilməsi və icarəyə verilməsi prosesini binaların sakinlərinin xəbəri olmadan həyata keçirdi.

Kərəm Həsənovun tektonik bombaları

Kərəm Həsənovun zorakı üsulları ilə qeyri-qanuni icarədar və əmlak sahibi olanlar zirzəmilərdə binaların konstruktiv möhkəmliyini ciddi şəkildə zədələyən tikinti və söküntü işləri aparıblar. Çünki Kərəm Həsənovun icarəçilərinin və əmlakçılarının həmən binalara heç bir dəxli yoxdur. Onların bina sakinləri qarşısında heç bir öhdəliyi yoxdur. Onları nə binalar, nə də binaların sahibləri maraqlandırmır. Onlar ancaq Kərəm Həsənovun qeyri-qanuni icazəsi ilə icarədar və əmlak sahibi olublar.
Kərəm Həsənovun zorakı özəlləşdirmə və icarə metodu Respublikamızdakı bütün binaların konstruktiv möhkəmliyinə ciddi ziyan vurduğundan, bu binaların zəlzələlərə davamlılığı azalıb. Zaman keçdikcə binaların zəlzələyə davamlılığı daha da azalır. Zorakı özəlləşdirmə və icarə prosesi nəticəsində baş verən labüd söküntü işləri yeni tektonik silah da hesab oluna bilər. Çünki söküntülərə məruz qalmayan binalar rixter şkalası üzrə 7-8 ballıq zəlzələyə dözə bilirdisə, zorakı özəlləşdirmə və icarə nəticəsində sökülən binalar 5-6 ballıq zəlzələlər nəticəsində yerlə yeksan ola bilər. Bu gün 5-6 ballıq zəlzələyə dözə bilən binaların dözümlülüyü zaman keçdikcə daha da azalacaq və 5-6 baldan da aşağı düşəcək.

Kərəm Həsənovun qlobal miqyaslı fövqəladə hallar yaradan fəaliyyətinə son qoyulmalıdır

Bu gün biz Allaha yalvarmalıyıq ki, Kərəm Həsənovun tektonik bombaları işə düşməsin, kütləvi bədbəxt hadisələr olmasın deyə Yer kürrəsindəki tektonik prosesləri dayandırsın. Amma Allaha yalvarmağın xeyri yoxdur. Allah dünyanı necə qurubsa, o cür də idarə edir.
Bizim bircə çarəmiz var! Prezidentimiz İlham Əliyevdən xahiş etməliyik ki, Kərəm Həsənovun qlobal miqyaslı fövqəladə hallar yaradacaq fəaliyyətinə son qoysun.

Kərəm Həsənovun fəaliyyətinin nəticəsi penoplast əmliyyatından min dəfə dəhşətlidir

Penoplast əməliyyatlarının nəticəsində 2 bina yandı. Birinci binada həmən anda insan olmadığından tələfat olmadı. İkinci bina yanarkən 16 nəfər insan həlak oldu. Prezidentimizin göstərişi ilə Respublikamızın bütün ərazisindəki binalarda yanan penoplast üzlüklər söküldü. Respublikamızın iqtisadiyyatına milyardlarla manat ziyan dəydi.
Kərəm Həsənovun zorakı özəlləşdirmə və icarə əməliyyatları ilə bütün binaların altına tektonik bombalar qoyulub. 5-6 ballıq və daha kiçik maqnitudalı zəlzələlər ölkədə 100-lərlə, 1000-lərlə binaların əksəriyyətini bir neçə saniyədə dağıda bilər. 100 minlərlə insan məhv olar. Şəhərlərimizin bərpa olunması üçün 100 milyardlarla vəsait tələb oluna bilər. Bu vəsait isə respublikamızda yoxdur.

Kərəm Həsənovun bilmədiyi və ya bilərəkdən pozduğu qanunlar

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 227.2 və 228.3 maddələrində deyilir:
Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
Yəni bu maddəyə görə yaşayış binasının tərkib hissəsi olan zirzəmilər, yarımzirzəmilər və ya istənilən ümumi tərkib hissələri hər hansı kənar fiziki və hüquqi şəxsə, siyasi partiyalara və s. icarəyə verilə bilməz.
Kərəm Həsənov yaşayış binasının mülkiyyətçilərini insan hesab etmədindən onların xəbəri olmadan mənim mənzilimin zirzəmisini və istənilən zirzəmini icarəyə verir, özəlləşdirir!
Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
Yəni bu maddəyə görə nəinki Əmlak Komitəsi, hətta yaşayış binasının fərdi mülkiyyətçisi də yaşayış binasının hər hansı ümumi tərkib hissəsini hər hansı fiziki və hüquqi şəxslərə icarəyə verilmədsinə razılıq verə bilməz.
Kərəm Həsənov isə yaşayış binasının tərkib hissəsi olan zirzəmimizi və Azərbaycandakı bütün zirzəmiləri həmin binanın mülkiyyətçilərini insan hesab etmədiyinə görə zorakılıqla kefi istədiyi formada icarəyə verir, kefi istədiyi formada özəlləşdirir.
Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.

Fərhad Əliyevin və Kərəm Həsənovun pozduğu hüquqlarımızın bərpa olunmasını xahiş edirik

Kərəm Həsənov üçün sitat gətirdiyim Mülki Məcəllənin maddələri kifayət deyilsə, Mənzil Məcəlləsinin eyni məzmunlu çoxsaylı maddələrini, şəhərsalmaya aid digər maddələri və s. onun diqqətinə təqdim edə bilərəm. Məncə bunlar kifayətdir.
Vətənimizə xəyanət edən, prezidentimiz İlham Əliyevin etimadını yerə vuran və prezidentimizə xəyanət edən, onun yüksək imicinə xələl gətirən Fərhad Əliyev məni və binamızın sakinlərini insan hesab etməyərək, binamızın mülkiyyətçilərinin hüquqlarını pozaraq, Azərbaycan qanunlarını pozaraq zorakı icarəyəvermə hoqqaları çıxardı. Zorakı icarəyəvermə və zorakı özəlləşdirmə metodlarıyla qanunları ayaqlar altına atdı. Eyni zorakılıqları Kərəm Həsənov törətdi.
Mən Fərhad Əliyevin və və Kərəm Həsənovun pozduğu hüquqlarımızın bərpa olunmasını xahiş edirəm.

Kərəm Həsənovun etdiklərini Gürcüstanda ultranasist Qamsaxurdiya etmədi

Bacım Gürcüstanda Rustavi şəhərində yaşayır. 1-ci mərtəbədə 4 otaqlı mənzili var. “Qruziya tolko dlya qruzin” deyən ultra millətçi Qamsaxurdiya dövründə Qamsaxurdiyanın adamları bacımdan xahiş ediblər ki, icazə ver mənzilinin altında dükan açaq. Bacım deyib ki, icazə verə bilmərəm bura mənim mənzilimin zirzəmisidir. Sonra həmin adamlar hökumət vasitəsilə bacıma təzyiq göstərmək istəyiblər. Yerli hökumət nümayəndələri də bacımdan xahiş ediblər ki, icazə ver filankəslər mənzilinin altında dükan açsın. Bacım deyib ki, olmaz. Bununla da məsələ həll olunub.
Qamsaxurdiyanın adamları və rəsmi hökumət adamlarının adi bir qadına zoru çatmayıb ki, mənzilinin altındakı zirzəmini onun əlindən alsın. Yəni Gürcüstan qanunları da yuxarıda sadaladığım Azərbaycan qanunları kimi ədalətli olub. Fərq yalnız onda olub ki, Gürcüstanda qanundan yuxarıda dayanan və bununla da ölkəmizin və prezidentimizin imicinə zərbə vuran Kərəm Həsənov kimi məmur olmayıb. Çünki Gürcüstanda qanun Kərəm Həsənovlardan yuxarıda durur. Orada ultranasist Qamsaxurdiyanın adamları heç kəsin tanımadığı bir qadına qarşı zorakılıq edə bilmədi. Amma Kərəm Həsənovlar Azərbaycanda tanınmış bir alimin (mənim) və hamının hüquqlarını zorakılıqla poza bilirlər.
Ukraynada, Qazaxıstanda, Moldovada, Litvada və Latviyada da qanunlar Azərbaycandakı kimidir
Bu ölkələrdə də qanunlar zirzəmilərin zorakı özəlləşdirmələrinə və zorakı icarələrinə yol vermir. Heç kəs də insanlara təzyiq etmir.

İndiyə kimi zorakı özəlləşdirmə və icarələr aparan şəxsin böyük ozəlləşdirmədə iştirakı daha böyük fəsadlar yarada bilər

Hələlik böyük özəlləşdirməni kimlərin aparacağı məlum deyil. Amma yaxşı məlumdur ki, böyük özəlləşdirmə birbaşa prezidentimizin nəzarəti altında həyata keçiriləcək. Bu hadisəni müsbət hal kimi dəyərləndirirəm. Eyni zamanda hesab edirəm ki, böyük özəlləşdirmə özünün ictimai-siyasi məzmununa və iqtisadi əhəmiyyətinə görə ölkəmiz üçün həyati əhəmiyyətli mühüm məsələdir. Bir alim və ictimai-siyasi proseslərdə fəal iştirak edən, iqtisadiyyatımıza və elmimizə aid yüzlərlə məqalənin və təkliflərin müəllifi kimi hesab edirəm ki, zirzəmilərin özəlləşdirilməsində total şəkildə zorakı özəlləşdirmə və icarələrə yol verən şəxsin böyük ozəlləşdirmədə iştirakı daha böyük fəsadlar və daha böyük zəlzələlər-vəlvələlər yarada bilər.

Kərəm Həsənov “Xalqın ən böyük xidmətçisi mənəm.” deyən İlham Əliyevdən heç bir nümunə götürməyib

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ” Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün”. Kərəm Həsənov prezidentimizdən nümunə götürmək əvəzinə, özəlləşdirmə proseslərini şəffaf və qanunlara riayət etməklə aparmaq əvəzinə özünün sələfi olan Fərhad Əliyev kimi sayı 100 minlərdən çox olan özəlləşdirmə və icarə proseslərini zorakı yollarla aparıb.
Kərəm Həsənov prezidentimizdən nümunə götürüb “Xalqın xidmətçisi” olub, dövlətimizin və prezidentimizin imicini yüksəltmək əvəzinə özəlləşdirmə və icarə prosesində xalqa qarşı zorakılıq yolunu seçib. Belə olan halda bu insanların niyə belə yüksək vəzifələrdə olduğu məni də, hamını da çaş-baş salır. Dövlətimizin imicinə sarsıdıcı zərbələr vurulur.

Niyə Kərəm Həsənov özəlləşdirməni və icarələri zorakılıqla həyata keçirir?

Bəlkə Kərəm Həsənov qarşısına məqsəd qoyub ki, 100 minlərlə insanları möhtərəm prezidentimizdən narazı salsın.
Niyə Kərəm Həsənov məni kimi tanınmış bir alimə, ictimai-siyasi xadimə qarşı belə zorakılıqlara əl atır?
Görəsən Kərəm Həsənovda alimə qarşı bu nifrətin səbəbi nədir?
Bəlkə Kərəm Həsənov istəyir ki, məni əmin-amanlıq yaratma missiyamdan ayırsın?
Bəlkə Kərəm Həsənov mənim və ailəmin əmin-amanlığını əlindən almaqla əmin-amanlıqdan danışan dilimi qısaltmaq istəyir?
Hesab edirəm ki, Kərəm Həsənov mənə və ailəmə qarşı törətdiyi bu əməllə mənim İlham Əliyev və Heydər Əliyev haqqında yazdığım kitablarıma hücum edir!
Çünki kitablar əmin-amanlıq olan mənzildə yazılmalıdır.

Dövlətimiz Fərhad Əliyevin və Kərəm Həsənovun binalarımıza vurduğu seysmik zərbələrin qarşısını almalıdır

-Azərbaycanda zirzəmiləri Fərhad Əliyevin və Kərəm Həsənovun zorakı özəlləşdirməsinə və icarələrinə məruz qalan binaların hamısı gələcək fövqəladə halların qarşısını almaq məqsədilə ciddi ekspertiza edilməlidilər.
-Zirzəmilərin zorakı özəlləşdirilmə və icarə müqavilələri ləğv edilməlidir.
-Binaların seysmik möhkəmliyini aşağı salan bütün faktorlar, o cümlədən də istənilən söküntülər tamamilə bərpa olunmalıdır. Hətta əlavə möhkəmləndirmə işləri aparılmalıdır.
-Seysmik cəhətdən yararsız binaların çoxu tamamilə sökülməlidir.
-Göstərilən tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılmalıdır.
-Seysmik möhkəmləndirmə işləri bilavasitə gələcək föfqəladə halların aradan qaldırılmasına yönələn böyük miqyaslı bir iş olduğundan, bu işin bilavasitə Fövqəladə Hallar Nazirliyinə tapşırılması məqsədəuyğundur.
Fövqəladə Hallar naziri dövlətimizə və prezidentimizə yüksək sədaqəti ilə seçilən, prezidentimizdən yüksək səviyyədə nümunə götürən və “xalqın xidmətçisi” olan bir insandır.

Əziz Prezidentimiz İlham Əliyev, hörmətli birinci xanım Mehriban Əliyeva,
Sizdən xahiş edirəm zorakı icarə və yaxud özəlləşdirmənin qarşısının alınmasının bizim binadan başlanması üçün göstəriş verəsiniz”.

Azinforum.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın