Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “İtkin düşən əsgərlərə əhəmiyyət vermirlər” – Ermənilər yenə etiraz edir

“İtkin düşən əsgərlərə əhəmiyyət vermirlər” – Ermənilər yenə etiraz edir

Dünən gecə saatlarında müharibədə itkin düşmüş erməni əsgərlərin yaxınları Eçmiədzindəki hərbi hissənin qarşısında oturaq aksiya keçirsələr də, rəhbərlikdən heç kim onları qəbul etməyib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Dərdini jurnalistlərə danışan əsgər valideynlərindən biri Anaid Adoyan deyib:

“Dünənki etiraz aksiyamız gecə yarı dayandı. Hərbi hissənin komandir və rəhbərlərindən heç kim bizi qəbul etmədi. Gecəyarı evə döndük və bu gün yenidən ora qayıtmağı qərara almışıq. Artıq 81 gündür ki, bizə nə olacağını, necə olacağını deyən yoxdur. Ölkə rəhbərliyi, Müdafiə Nazirliyi bizə dəqiq cavab vermir. Heç kim övladlarımıza görə narahat olmaq istəmir. Ona görə ki, özlərinin uşaqları yanındadır. İtkin düşən əsgərə, onun ailəsinə əhəmiyyət vermirlər. Dünən oturaq aksiya keçirdik, ocaq qalayıb gecə yarıya kimi rəhbərlikdən kiminsə bizimlə görüşməsini gözlədik. İndi isə başqa addımlar atmağa hazırlaşırıq. Başa düşürsünüz, kobudluqla qarşılaşmaq istəmirik. Bu problemin normal şəkildə yoluna qoyulmasını istəyirik”.

Qeyd edək ki, itkin düşən hərbçilərin yaxınları mütəmadi olaraq sözügedən hərbi hissənin, hökumət binası və Müdafiə Nazirliyinin qarşısında aksiyalar keçirirlər. Onlar Azərbaycanın Zəngilan rayonu ərazisində axtarış tədbirlərinin görülməsini tələb edirlər. Valideynlərin sözlərinə görə, övladları məhz bu ərazidə itkin düşüblər. Azvision.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …