Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / İşğaldan azad olunan Mincivanda sərhəd zastavasının açılışı olub

İşğaldan azad olunan Mincivanda sərhəd zastavasının açılışı olub

Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayon ərazisində Mincivan qəsəbəsində sərhəd zastavasının açılışı olub. 

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sərhəd zastavası döyüş fəaliyyətinə başlayıb.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Məmmədbəyli, Şərifan, Muğanlı və Tiri sərhəd zastavaları üzərində 9 noyabr Bayraq günü ərəfəsində Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldılıb və sərhəd zastavaları xidməti döyüş fəaliyyətinə başlayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …