Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İsa Qəmbər oğlunun hərəkətindən danışdı: Mənim üçün… – VİDEO

İsa Qəmbər oğlunun hərəkətindən danışdı: Mənim üçün… – VİDEO

İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır.

Bu fikirləri “Laf TV”nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: “Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.

Sözügedən filmə ( Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film – red.) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.

Qeyd edək ki, İlkin Qəmbərin tvitterdə yazdığı “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt” paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …