Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İlham Əliyev Tahir Salahova zəng edib

İlham Əliyev Tahir Salahova zəng edib

Prezident İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına – 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlət başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …