Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “İctimaiyyətlə daha sıx işləyəcəyik” – Ekologiya və təbii sərvətlər naziri

“İctimaiyyətlə daha sıx işləyəcəyik” – Ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki yenilik ilk növbədə bundan sonra daha açıq şəkildə çalışması olacaq.

“Report” xəbər verir ki, bunu yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

“Bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəyik. Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq”, – deyə o, qeyd edib.

Nazirlikdə yeni struktur islahatları aparılmasının gözlənilib gözlənilməməsi ilə bağlı isə nazir qeyd edib ki, hələ bu barədə danışmaq tezdir: “Hələ vəziyyətlə tanış oluruq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …