Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / İcra hakimiyyətinin binasına cırıq bayraq asıldı – “Bu təbii haldır” (VİDEO)

İcra hakimiyyətinin binasına cırıq bayraq asıldı – “Bu təbii haldır” (VİDEO)

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.
Unikal.org xəbər verir ki, Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür. İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.
***
Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir. Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictiamiləşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …