Ana səhifə / Aktual / İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın – FOTOFAKT

İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın – FOTOFAKT

Yerli icra orqanlarının tabeçiliyindəki idarə-müəssisə rəhbərlərindən, iş adamlarından qanusuz ödəmələr tələb etməsi günümüzün acı reallığına çevrilib. Bununla bağlı bu günə qədər çoxsaylı faktlar var və onların bəziləri tərəfimizdən ictimailəşdirilib. Anoloji hallla bağlı Savash.org yeni fakt əldə edib.

Belə ki, Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyevin rəsmi blankda idarə və müəssisələrə ünvanladığı sərəncamın fotosu yayılıb. Həmin sənəddə bildirilir ki, qarşıdan gələn Qurban bayramı münasibətilə əlil, tənha və aztəminatlı ailələrə paylanmaq məqsədilə çəkisi 15 kq-dan az olmayan 1 ədəd qurbanlıq sənəddə göstərilən ünvana çatdırılmalıdır.

Savash.org əlavə şərhə ehtiyac duymadan sənədin fotosunu oxuculara təqdim edir.
İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …