Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə prezidentin köməkçisi vurğulayıb.

İran səfiri görüş ilə bağlı həmçinin tviterdə paylaşım edib. “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”, – paylaşımda qeyd edilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …