Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hicran Hüseynovanın komitəsi 2 naziri hədəfə aldı: “Bircə fakt göstərsin” – QALMAQAL BÖYÜYÜR

Hicran Hüseynovanın komitəsi 2 naziri hədəfə aldı: “Bircə fakt göstərsin” – QALMAQAL BÖYÜYÜR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Təhsil və Səhiyyə nazirliklərinə rəsmi ittiham irəli sürülüb. 

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib ki, Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına da gətirib çıxarır. 

Onun sözlərinə görə, elə buna görədir ki, Azərbaycanda məcburi nikaha daxil olma halları da artıb.

Bu arada E.Səfərov seksizmlə mübarizə aparmaq üçün ayrıca qurum yaradılması təklifi ilə də çıxış edib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu ittihamına Səhiyyə Nazirliyindən cavab gəlib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında Elgün Səfərova ittihamla bağlı sual ünvanlayıb.

“Elgün Səfərov tibb müəssisəsində seksizmlə bağlı heç olmasa bir fakt göstərsin və görək nəyə əsasən bunu deyib. Belə bir çıxışı faktla etmək lazımdır. Harda, nəyə görə bunu deyib, mən bilmirəm. Bizə bu günə qədər bir dənə də olsun nə müraciət, nə də şikayət olunub”.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənib, ittihamlara cavab almaq cəhdimiz isə baş tutmadı.

0

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …