Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Heydər Əliyevin məzarını ziyarət etdim” – Zara Mqoyan

“Heydər Əliyevin məzarını ziyarət etdim” – Zara Mqoyan

“Jara” Beynəlxalq Musiqi Festivalının qonağı olan Rusiyanın əməkdar artisti Zara Mqoyan festival çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, Zara açıqlamasında ilk dəfə Bakıya gəldiyini qeyd edib:

“Səhər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, həmçinin dahi müğənni Müslüm Maqomayevin məzarını ziyarət etdim”.

Zara əlavə edib ki, onun üçün musiqi, mədəniyyət və idmanın sərhədi yoxdur: “Məhz bu festival ayrı-ayrı ölkələrin, millətlərin və dinlərin insanlarını birləşdirir. Məhz burada, bu günlərdə bizi narahat edən hər şeyi unuduruq. Burada musiqi, dostluq  və sevgi hökm sürür”.

Müğənni bildirib ki, Bakının gözəlliyi, insanların qonaqpərvərliyi onu heyran edib: “Bu gün məşq oldu, səslənmə mükəmməldir, təşkilatçılıq ən yüksək səviyyədədir. Mənə elə gəlir ki, dünyanın diqqəti, ən azı postsovet ölkələrinin diqqəti məhz Bakıya yönəlib”.

Video: Pərvin Zeynal

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …