Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Hacı Salayev yoxsa Mais Səfərli? – Yurddaş sədri Ramiz Mehdiyevi satıb?

Hacı Salayev yoxsa Mais Səfərli? – Yurddaş sədri Ramiz Mehdiyevi satıb?

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində “köhnələr”in savaşı başlayıb. Belə ki, bu dairədən daha öncə deputat seçilmiş bitərəf Hacı Salayevlə uzun müddətdən bəri susqun olan Yurddaş Partiyasının sədri Mais Səfərli yarışacaq. YAP-ın zəif namizədlə çıxış etdiyi bu dairədə iki namizəddən birinə üstünlük veriləcək.

Maraqlıdır ki, Hacı Salayevin bu dəfə əvvəlki illərdə aldığı dəstəyi əldə edə bilmədiyi, Mais Səfərlinin isə müxalif partiya statusu ilə uzun illərdən sonra yenidən seçilə bilmə şansı var.

Hacı Salayevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesində mühim yer tutduğu vurğulanır. Belə ki, 2010-cu ildən parlamentdə FH nazirinin qrupunda olan Salayev bu dəfə “icazə” qopara bilməsə də, son anadək mübarizə aparmağı düşünür.

Mais Səfərli isə Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin orbitrində olan partiya sədrlərindən biri kimi tanınır. Hətta onun da ADP sədri Sərdar Cəlaloğlu kimi hər ay Aparatdan “aylıq” aldığı qeyd olunur.

Bu isə sualları ikiqat artırır. Əcəba, Mehdiyevin nəzarətində olan partiyanın sədri yeni dönəmdə parlaması üçün hansı “fədakarlıqlar”a imza atıb? Hər halda seçki prossesinin gedişatı da o dairədə kimin himayə olunduğunu göstərəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …