Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Hacı Muradın nəşinin yenidən dəfni xəbəri təkzib olundu

Hacı Muradın nəşinin yenidən dəfni xəbəri təkzib olundu

XIX əsrin ortalarında Qafqaz müharibəsinin qəhrəmanlarından biri Hacı Muradın nəşinin Azərbaycanın Qax rayonundan Dağıstana yenidən dəfn edilmək üçün aparılması xəbəri təkzib olunub.

Virtualaz.org “Regnum”a istinadən xəbər verir ki, Hacı Muradın doğma kəndi olan Xunzaxın başçısının müavini Şamil Əliyev və administrasiyanın mətbuat katibi Kamil Hüseynov bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.

*   *   *11:43

Dağlıların müqavimətinin liderlərindən biri olmuş Hacı Muradın qalıqları yenidən dəfn edilmək üçün iyunun 2-də Dağıstana – onun doğma kəndi olan Xunzaxa aparılacaq. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dəfn mərasimində çox sayda yerli sakin və bütün səviyyələrdən olan məmurlar iştirak edəcək.

Dəfn üzrə təşkilat komitəsinin sədri Məhəmməd Əmirxanovun “Regnum” agentliyinə bildirdiyinə görə, söhbət naibin qətlə yetirildiyi və Azərbaycanda basdırılmış qalıqlarından gedir. Hazırda qəbir Qax rayonunun Tanqıt kəndində yerləşir – Hacı Murad 1852-ci ildə burada öldürülüb.

1950-ci illərin ortalarında məşhur Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi alimlər qrupu sübuta yetirib ki, Hacı Muradın nəşi məhz bu qəbirdədir. Belə ki, burada başsız insan bədəninin dəfn edildiyi müəyyənləşdirilib.

Məlum olduğuna görə, dəfndən öncə Hacı Muradın başı bədənindən ayrılıb və onun ölümünün sübutu kimi Sankt-Peterburqa göndərilib. O vaxtdan bəri Hacı Muradın kəlləsi Kunstkamerada saxlanılır. Onun varisləri dəfələrlə kəllənin dəfn edilmək üçün Dağıstana qaytarılmasını tələb ediblər.

Bu ilin yanvar ayının sonlarında bu tələbi RF Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov dəstəkləyib. Siyasətçi hətta vəd edib ki, şəxsən Qafqazın qəhrəmanının başının bədəninə qovuşmasına nail olmağa çalışacaq. Çeçenistan başçısı Ramzan Kadırov da bu istiqamətdə çalışır və hesab edir ki, bu addım nəinki düşüncəli və humanist addım olardı, həm də tarixi baxımdan düzgündür. Buna baxmayaraq, son qərar hələlik qəbul edilməyib.

Xatırladaq ki, Hacı Murad XIX əsrin ortalarında Qafqaz müharibəsinin ən məşhur iştirakçılarındandır və 1852-ci ilin may ayının 5-də öldürülüb. Bu hadisəyə bir il qalmış o, dəstəsi ilə birlikdə rusların tərəfinə keçib. Onun hünəri barədə fantastik təfərrüatlarla bəzədilmiş hekayələr bütün Rusiyaya yayılmışdı. Məhz bu, dahi yazıçı Lev Tolstoyu eyniadlı povesti qələmə almağa ilhamlandırıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …