Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / HƏBS EDİLƏN XANIM BAŞ NAZİRİN MÜAVİNİNİN QARDAŞI NƏVƏSİDİR

HƏBS EDİLƏN XANIM BAŞ NAZİRİN MÜAVİNİNİN QARDAŞI NƏVƏSİDİR

Ağstafada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan məmurlardan biri yüksək rütbəli dövlət rəsmisinin yaxın qohumudur.

Mötəbər mənbədən AzPoltika.info-ya verilən məlumata görə, söhbət icra başçısı Nizaməddin Quliyevin humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadan gedir. O, Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Məlumatlara görə, L.Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Ehtimal edilir ki, onun həbsi də Goranboyda icra başçısının iştirakı ilə həyata keçirilən korrupsiya faktları ilə bağlıdır.

Belə ki, Maliyyə Nazirliyi bu yaxınlarda Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb.

Bunu Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər.

“Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”, – deyə İctimaiyyətlə əlaqələr şöbəsi modern.az-a bildirib.

Goranboy RİH-dən yoxlamaların nəticəsi ilə bağlı məlumat verilməsə də, əldə olunan məlumata görə, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.

Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının və ətrafının cibinə girib.

O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlaşması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.

Onun eyni əməlləri Ağstafada da həyata keçirdiyi bildirilir. Təbii ki, bu “əməliyyatları” başçı təkbaşına həyata keçirməyib, müavinləri də iştirak edib. Onların həbsinin də bununla bağlı olduğu bildirilir…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …