Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Həbsə yola salınan hökumət başçısı Həmidovun dəbdəbəli malikanəsi

Həbsə yola salınan hökumət başçısı Həmidovun dəbdəbəli malikanəsi

Rusiya İstintaq Komitəsi Dağıstan hökumətinin keçmiş başçısı, korrupsiyaya görə həbs edilən və bu gün barəsində hökm oxunan Abdusamid Həmidovun dəbdəbəli malikanəsinin görüntülərini yayıb.

Virtualaz.org xəbər verir ki, İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko malikanənin “özbaşına tikildiyini” açıqlayıb. Ev Həmidovun doğma kəndində-Dağıstanı Levaşinsk rayonunun Mekeqi kəndində yerləşir.

Kadrlara əsasən Həmidovun malikanəs bahalı mebellə döşənib. Yataq otağında “king size” ölçülü nəhəng çarpayı var. Qonaq otağında pələng müqəvvası qoyulub.

Xatırladaq ki, Moskvanın Lefortovo rayon məhkəməsi Həmidovu və onun müavini Rayuddin Yusifovu 40 milyon rubl vəsaitin talanmasında təqsirli bilib. Məhkəmə Həmidovu 6 il yarım, müavinini isə 5 il yarım həbsə məhkum edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …