Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / “Həyat yoldaşım, sevgilim mənə qadağa qoya bilməz” – Ölüm xəbəri yayılan aktrisa – VİDEO

“Həyat yoldaşım, sevgilim mənə qadağa qoya bilməz” – Ölüm xəbəri yayılan aktrisa – VİDEO

“Elə bilirdilər ki, həqiqətən ölmüşəm”

 

ARB Ulduz-un “Şou-məkan” proqramının növbəti qonağı aktrisa Cəmilə Tağızadə olub.

Serial obrazlarının sevimli ifaçısı Cəmilə, ona qarşı yönələn təkliflərə nə üçün rədd cavabı verdiyini açıqlayaraq, gəlişi kimi gedişinin də sözün hər iki mənasında möhtəşəm olduğunu dilə gətirib. Bununla yanaşı aktrisanın ölüm xəbəri çoxlarını sarsıdıb:

“Ölüm səhnələrim çox səs-küyə səbəb oldu. Hətta insanlar o qədər təsirlənmişdilər ki, mənə zəng edirdilər, yazırdılar ki, Cəmilə xanım, sağsız? Elə bilirdilər ki, həqiqətən də, mən yoxam. Nə qədər insan yazıb, nə qədər insan zəng edib axtarıb. Mən inana bilməzdim ki, xalqımız bu qədər serialın dərinliyinə gedə bilər, həmin obraza aşiq ola bilər”.

Özünün ölüm səhnəsini real olaraq yaşadığını söyləyən, bu xəbərin ətrafındakılara, eləcə də onun özünə bərk təsir etdiyini deyən aktrisa təsirləndiyini dilə gətirib:

“Öz ölüm səhnələrimə baxanda çox ağladım. Soruşanda ki, sağsız, insana necə təsir edər? Tüklərim biz-biz oldu. Ancaq mən burdayam. Sağ-salamatam. Yəni ruh deyiləm. Hər şey yaxşıdır”.

Cəmilə, söz-söhbətlər qanad açıb dildən-dilə dolaşır ki, guya sevgilin istəmədiyi üçün sən serialdan uzaqlaşmaq məcburiyyyətində qalıbsan:

“Açıq-saçıq heç nəyim yoxdur. Artıq-əskik, ləkəli bir həyatım yoxdur. Alnım açıq, üzüm ağ. Niyə məni bu sahədən uzaqlaşdırsın ki, niyə məni çərçivəyə salsın və nədən narahat olsun? Qəti surətdə deyirəm ki, həyat yoldaşım və ya sevgilim mənə qadağa qoya bilməz, yox deyə bilməz”.

Özündən yerdən-göyə qədər arxayın olan, gördüyü işlərdən qorxacağı olmayan aktrisa elə buna görə də ona heç kimin, hətta sevdiyi insanın belə qadağa qoymayacağını vurğulayıb:

“Mən açıq-saçıq geyinmirəm. İnsana niyə yox deyirlər? Bütün günü klublarda gəzmirəm. İçmirəm, çəkmirəm. Daha nəyə yox desin? O, məndə problem axtara bilməz”.

Çoxdandır evlənəcəyi zamanı ötüşdürən Cəmilə ailə qurmaq üçün hər şeyin hazır olduğunu və bu il dünya evinə girəcəyini də eksklüziv olaraq bizimlə bölüşüb:

“Saç düzümümdən tutmuş, gəlinlik donuna kimi hər şey hazırdır, bəs hanı bu bəy? Bu il bir şeylər edəcəyik. Bu il məni gəlinlikdə görəcəksiz. 2017-ci ildə Cəmilə Tağızadə ərə gedəcək”.

Aktrisa onun haqqında irəli geri danışıb hardan gəldi filmlərdə rol aldığını söyləyən insanlara da sərt ismarıc göndərib:

“Sənin mənimlə nə problemin var? İki diplomum var, universitet oxumuşam. Qismət olsa, magistrı davam etdirəcəm. Bir neçə dil bilirəm. Məni küçədən tutub gətirmiyiblər səhnəyə. Mən öz əziyyətimlə gəlib bu yerə çıxmışam. Mənim arxam, adamım, sevgilim olmayıb. Göydə Allah, öz əziyyətim, bir də anam sağ olsun”.

Cəmiləyə irəli getməsi üçün müəyyən təkliflər edilsə də, o, qətiyyətlə niyyətləri rəngbərəng olan insanlara rədd cavabı verib:

“Onlar heç biri həyatımda ola bilməz. Təkliflər çox olur. Mən hamısını rədd edirəm. O, mənlik deyil. İstedadımla qabağa gedirəm. Başqa şey istəmirəm. Mən yaxşı ailə həyatı istəyirəm, yaxşı həyat yoldaşı istəyirəm. İstəyirəm ki, uşaqlarım, həyat yoldaşım gələcəkdə mənə görə utanmasınlar”.

Həmçinin oxuyun

Vurğun Əyyubun vəziyyəti kəskin pisləşdi – KOMADADIR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan …

Bir cavab yazın