Cümə , Aprel 26 2024
Ana səhifə / Gürcüstanda “Qarabağ”ın azarkeşlərinə hücum edilib

Gürcüstanda “Qarabağ”ın azarkeşlərinə hücum edilib

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda “Samtredia”sının qonağı olacaq “Qarabağ” komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

Xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına “Dinamo” stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını “Qarabağ” fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayacaq. (Report)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın