Ana səhifə / Aktual / Güləşçimiz Rəsul Çunayev də qızıl medal qazandı

Güləşçimiz Rəsul Çunayev də qızıl medal qazandı

Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpası ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlub edən pəhləvanımız I Avropa Oyunlarının qızıl medalına sahib olub.

71 kq

1/8 final – Rəsul Çunayev – Daniel Kataraqa (Moldova) 7:6

1/4 final – Rəsul Çunayev – Dominik Etlinger (Xorvatiya) 4:0

1/2 final – Rəsul Çunayev – Svilen Kostadinov (Bosqarıstan) 10:0

FİNAL – Rəsul Çunayev – Balint Korpasi (Macarıstan) 4:2

Virtualaz.org bildirir ki, rəqibi üzərində qələbə çalandan sonra Rəsul Çunayev adəti üzrə bu dəfə üzünü tribunada əyləşən Azərbaycan prezidenti İlham Əliyevə tutaraq ona doğru əsgəri yerişlə addımlayıb və dövlət başçısına hərbi salam verib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …

Bir cavab yazın