Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Gömrük Komitəsi “Azərpoçt”la bağlı açıqlamaya aydınlıq gətirdi

Gömrük Komitəsi “Azərpoçt”la bağlı açıqlamaya aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin açıqlamasına aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, KİV nümayəndələri üçün təşkil olunan “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim çərçivəsində poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsi zamanı hüquqpozma hallarına yol verilməsinə dair komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin açıqlamasına əlavə olaraq Dövlət Gömrük Komitəsi bildirir ki, hər bir fakt üzrə araşdırmalar aparılır:

“Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …