Cümə , Aprel 26 2024
Ana səhifə / Fransua Olland yenə Bakıya gəlir

Fransua Olland yenə Bakıya gəlir

 

Fransa prezidenti Fransua Olland aprelin sonlarında Cənubi Qafqaz ölkələrinə səfərə gələcək. O, bu səfəri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək və Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını müzakirə edəcək.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir açıqlama yayıb.

“Rəsmi Paris Qarabağ probleminin tənzimlənməsi və bu regionda öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi üçün bütün səylərini ortaya qoyacaq” – deyə erməni mətbuatı A.Dezirdən iqtibas gətirir.

Fransız diplomatı qeyd edib ki, cari status-kvo nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab vermir.

“Buna görə də Fransa prezidenti 2014-cü il, oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın iştirakı ilə sammit çağırmışdı. Məqsəd diplomatik təşəbbüslərin bərpasına nail olmaq idi. Həmin görüş zamanı ilk humanitar addım atılmış, itkin düşənlər barədə informasiya mübadiləsi barədə razılaşma əldə edilmişdi. Son aylar müşahidə olunan gərginlik bu prinsiplərin həyata keçirilməsinə kəskin ehtiyacın yarandığını göstərib. Fransa bu istiqamətdəki səylərini fəal şəkildə davam etdirmək niyyətindədir” – deyə Arlem Dezir bildirib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın