Şənbə , Dekabr 5 2020
Ana səhifə / Firəngiz Mütəllimova: “Ürəyimizdən lüks həyat keçsə də…”

Firəngiz Mütəllimova: “Ürəyimizdən lüks həyat keçsə də…”

“2017-ci il mənə uğurlu gəldi. Ancaq mükafatlar alıram. Düzdür, Bakıda tez-tez mükafatlandırma mərasimləri keçirilsə də,hər tədbirə qatılmıram. Bu il dövlət tərəfindən mükafata layiq görüldüm. Teatr fəaliyyətimə görə “Qızıl dərviş” mükafatını aldım. Əməyimin qiymətləndiriliməsi xoşdur”.

Bu sözləri aktrisa Firəngiz Mütəllimova musavat.com saytının suallarını cavablandırarkən deyib. Aktrisa günlük həyatından da bəhs edib:
“Gözəl həyatı insan özü yaratmalıdır. Səhər durub şükür edirsənsə, bütün günün xoş keçir. Insanlara pozitiv olmağı arzulayıram. Bəzən evdə tək olsam da, özüm üçün xüsusi masa hazırlayıram, şamlar yandırıram. Özümüz-özümüzə gözəl həyat yaratmalıyıq. Aldığımız nəfəsin də qədrini bilməliyik”.

– Məlumdur ki, Azərbaycanda aktyorlar lüks həyat yaşamır. Bu yaxınlarda aktrisa Hüsniyyə Mürvətova da aktyorların durumundan gileylənmişdi…

– Biz maaşla yaşayan insanlarıq, şou-biznes əhli deyilik, toya getmirik. Rəhmətlik Telman Adgözəlov sağ olanda ildə bir dəfə Yeni il gecəsində aparıcılıq edirdik və oradan qonorar əldə edirdik. Serial və filmlərdən isə cüzi qonorar alırıq. Ürəyimizdən lüks həyat keçsə də, bunu xəyallarımızda yaşayırıq. Təbii lüks yaşayanlar da var. Gərək hər şeyi ürəkdən istəyəsən. Mən bu günümə şükür edirəm. Istəyəndə lüks həyat da yaşayəram. Elə ay olur, pul sıxıntım olur.

– Sıxıntılı günlərinizdə yenidən şənliklərdə aparıcılıq etməyi, toya getməyi düşünürsünüzmü?

– Heç vaxt düşünməmişəm. Müğənni olsaydım da, toya getməzdim. Çünki səs-küylü yerləri sevmirəm. Mən kamera qarşısına keçib, film, seriala çəkilməyi sevirəm.

– Ekran işindən aldığınız qonorarlar sizi qane edirmi?

– Əlbəttə, etmir. Amma razılaşmaq məcburiyyətindəyik. Elə olub ki, 1 qəpiksiz oynamışam. Çünki həmin ekran işində rol alan aktyorla çəkilmək arzum olub. Bu hadisə çoxdan olub.

Həmçinin oxuyun

Naxçıvanda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib FOTO

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, …

Bir cavab yazın