Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü” – Mehman

“Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü” – Mehman

Xəbər verdiyimiz kimi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov MSK-ya həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, iclasda iştirak edən M. Hüseynov bildirib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir: “Biz beynəlxalq aləmə bu gün göstərməliyik ki, islahata, şəffaf seçkiyə meyilliyik. Mənim qorxacağım heç nə yoxdur. İstəyirsiz  namizədliyimi ləğv edin. Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü. Bütün səsyazmanı təqdim etməyə hazıram. O, səsyazısında hamını söyür. Bizim dairəni xüsusi nəzarətə götürün”.

MSK sədri bildirib ki, dairə ciddi nəzarətdə saxlanılacaq: “Səsvermə günü həmin dairədə gedən prosesləri ciddi nəzarətdə saxlayacağıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …