Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Ermənistanın Xankəndiyə 300 milyon dollar ayırmasına seyrçi qalmaq olmaz”

“Ermənistanın Xankəndiyə 300 milyon dollar ayırmasına seyrçi qalmaq olmaz”

“Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də əksini tapmalıdır. Hesab edirəm ki, bu məsələnin həll yolunu tapmalıyıq”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Ermənistanın Azərbaycanın ərazisinə maliyyə ayırmasının qarşısını almağa çalışmalıyıq, sadəcə, çətinlik ondadır ki, Xankəndidəki ermənilərin tamamı separatçıların nəzarəti altındadırlar və orada Azərbaycan qanunları işləmir. Ancaq Ermənistanın gələnilki büdcəsində 300 milyon dolların Xankəndiyə ayırmasına da seyrçi qalmaq olmaz” – E.Şahinoğlu qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …