Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Ermənistan, onun xarici havadarları, erməni lobbisi rəzil oldu” – BAP

“Ermənistan, onun xarici havadarları, erməni lobbisi rəzil oldu” – BAP

Böyük Azərbaycan Partiyası bəyanat yayıb.
Bəyanatda deyilie: “Xalqımız 8 noyabr Zəfər Gününü böyük qürur və fərəhlə qeyd edəcək. Bu günün əhəmiyyəti çox böyükdür.
200 ildən də artıqdır ki, tarixi torpaqlarımız zaman-zaman işğala , insanlarımız isə zülmə məruz qalıb. 18-ci əsrin sonundan və 19-cu əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının Qafqaza doğru irəliləyən işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqları hissə-hissə işğal olundu, insanlarımız soyqırıma məruz qaldılar, öz dədə-baba torpaqlarından deportasiya olundular və ərazilərimizdə ermənilərin yerləşdirilməsinə başlanıldı.
1805-ci il mayın 14-də general Sisiyanovla İbrahimxəlil xan arasında Kürəkçay, 1813-cü il oktyabrın 12-də çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan və 1828-ci il fevralın 10-da yenə çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqaviləsi imzalandı. Bununla da Azərbaycan Araz çayı boyunca iki yerə bölündü, biz də millət olaraq iki yerə bölündük.
1828-ci il martın 20-də çar 1-ci Nikolay İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaratmaq barədə fərman verdi və bundan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu ərazilərə köçürülməsi həyata keçirildi
1918-ci il mayın 28-də İrəvan xanlığının 9 min kvadrat kilometrilik ərazisində Ararat Respublikası adlanan erməni dövləti yaradıldı.
Ondan sonra yaradılan və 1990-cı illərədək fəaliyyət göstərən Sovet hakimiyyəti dönəmində də Azərbaycan əraziləri daim kəsilərək ermənilərə verildi, azərbaycanlılar isə soyqırıma və deportasiyalara məruz qaldı. Xüsusən 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Sovet qoşunlarının birbaşa iştirakı və yardımı ilə ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal etdi. BMT Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 4 qətnamə qəbul etsə də bu qətnamələr yerinə yetirilmədi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi üçün əks hücuma başladı və 44 gün davam edən Böyük Vətən müharibəsində düşmənləri ağır məğlubiyyətə uğratdı, BMT-nin indiyədək icra olunmayan bəyanatları icra olundu, torpaqlarımız işğaldan azad olundu. Bu 44 günlük müharibədə Ermənistan Ordusu darmadağın edildi, indiyədək beyinlərə yeridilən yalançı erməni mifi, erməni “qəhrəman”lığı yerlə bir oldu, Ermənistan, onun xarici havadarları, erməni lobbisi rəzil oldu.
Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini yalın əllə və yüngül silahlarla düşməndən azad etməsi isə dünya hərb tarixinə düşən fövqəladə döyüş və qəhrəmanlıq nümunəsidir.
Müharibə başlayanadək populist bəyanatlar verən Ermənistan rəhbərliyi igid Azərbaycan əsgərinin gücü qarşısında diz çökdü və müharibəni dayandırmaq üçün aman diləməyə, hamıya yalvarmağa başladı.
Nəhayət, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Ermənistan ağır hərbi məğlubiyyətini qəbul etdi, üzərinə öhdəliklər götürdü və Ermənistanın Baş naziri yekun atəşkəs bəyanatını imzalamaq məcburiyyətində qaldı.
44 günlük müharibənin əsas qəhrəmanı təbii ki, şəhidlərimiz və qazilərimiz, əsgər və zabitlərimiz, bütövlükdə xalqımız, dövlətimizdir.
Bu həm də bayramdır və bütün xalqımızın bayramıdır.
Düşmən üzərində qazanılan qələbə həm də son 200 ildə tarixi torpaqlarımızın daim işğal olunmasının qarşısının alınması və dədə-baba torpaqlarımızın geri qaytarılması istiqamətində atılan tarixi zəfər addımı kimi qəbul olunmalıdır.
BAP olaraq yuxarıda göstərilənləri nəzərə alaraq, şəhidlərimizin ruhunu hörmətlə anaraq, qazilərimizə can sağlığı arzulayaraq, 8 noyabr Zəfər günü münasibətilə bütövlükdə xalqımızı, 44 günlük Böyük Vətən müharibəsində prosesi çox uğurla aparan Ali Baş Komandan İlham Əliyevi, onun timsalında bütün əsgər və zabitlərimizi, dövlət xadimlərimizi, siyasi müdriklik göstərən siyasi partiya rəhbərlərimzi, media təmsilçilərimizi, vətəndaş cəmiyyətinin fəallarını, ölkədən kənarda olan, sevinən, hər cür dəstək verməyə çalışan soydaşlarımızı, sosial şəbəkələr üzərindən xüsusən xarici auditoriyaya yönəlik informasiya mücadiləsi verən müasir gəncliyimizi, dünya azərbaycanlılarını və Azərbaycanın düşmən üzərində qələbəsinə sevinən hər kəsi ürəkdən təbrik edirik!”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …