Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazır olduğunu bəyan etdi

Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazır olduğunu bəyan etdi

Bakı hazırdırsa Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır. Bu barədə ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Azərbaycanda ciddi bir hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə və demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. Ermənistanla Azərbaycan arasında olan bu məsələyə aydınlıq gətirərik və sonra bütün qalan məsələləri də həll etməyə çalışarıq”, – Qriqoryan deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …