Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına münasibət

Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına münasibət

“ABŞ hakimiyyəti Gürcüstanda respublikanın keçmiş prezidenti Mixail Saakaşvilinin saxlanılmasından xəbərdardır və vəziyyətin inkişafını yaxından izləyir”.

Bu barədə RİA Novosti agentliyinə Dövlət Departamentinin nümayəndəsi deyib.

Amerikalı diplomat Vaşinqtonun Gürcüstan hakimiyyətini respublikanın sabiq prezidentinə “Gürcüstan qanunlarına və ölkənin beynəlxalq humanitar hüquq sahəsindəki öhdəliklərinə uyğun olaraq ədalətli rəftar” təmin etməyə çağırdığını vurğulayıb.

“ABŞ Dövlət Departamenti Saakaşvilinin saxlanılması ilə bağlı Gürcüstan səfirini çağıracaq mı?” sualına cavab verərək, diplomat deyib: “Biz şəxsi görüşləri şərh etmirik”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …