Cümə , Aprel 26 2024
Ana səhifə / Erməni layihəsi olan “Comedy Woman”ın Bakıdakı konserti ləğv olunub

Erməni layihəsi olan “Comedy Woman”ın Bakıdakı konserti ləğv olunub

Rusiyada erməniəsilli şəxslər tərəfindən yaradılan və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçiriləcək konserti ləğv edilib.
Bu barədə konsertin keçirilməsi nəzərdə tutulan məkandan – “Buta Palace”dan verilən məlumata bildirilib: “Konsert ləğv olundu. Əslində ”Buta Palace” konsertin təşkilatçısı deyildi. Sadəcə olaraq, məkanı icarəyə vermişdi”.
Adıçəkilən məkandan o da bildirilib ki, konsert üçün satılan biletlər kompensasiya ediləcək. Belə ki, vətəndaşlar biletləri Azərbaycan kinoteatrının kassalarına qaytara bilərlər.
Məlumata görə, qısa zaman ərzində xeyli sayda bilet satılıb. Güman edilir ki, konsertə gəlmək istəyənlər konsertin təşkilatçılarının ermənilərdən ibarət olması barədə xəbərdar olmayıblar.
Qeyd edək ki, təşkilatçı qismində çıxış edən “33 Event” şirkəti isə “Comedy Woman”ın Bakı konsertinə aid bütün afişaları öz “Facebook” səhifəsindən yığışdırıb.
Məlumat üçün bildirək ki, “Comedy Woman” intellektual yumoristik qadın klubu Rusiyanın THT televiziya kanalında yayımlanan şou layihəsidir. Layihənin ilk premyerası 2008-ci ildə baş tutub.
Layihənin əsas yaradıcılarından ideya müəllifi və prodüser Natalya Eprikyan, prodüser Artur Canıbekyan, qonaq qismində layihədə iştirak edənlərdən Ararat Keşyan, Mixail Qalustyan, Qarik Matriosyan və digərləri adlarından da göründüyü kimi, ermənilərdir.
Xatırladaq ki, “Bakılı oğlanlar” KVN komandasının üzvləri Tahir İmanov və Bəhram Bağırzadə “Comedy Woman”in Bakıda keçiriləcək konsertini pisləyərək, dövlət orqanlarından bu məsələyə ciddi yanaşılmasını tələb etmişdilər.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın