Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Emin Milli: “İlham Əliyevdən üzr istəyirəm”

Emin Milli: “İlham Əliyevdən üzr istəyirəm”

“İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.

Virtualaz.org bildirir ki, bunu “Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb.

O, qeyd edib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır: “Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik”.

E.Milli bildirib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək: “Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək”.

Onun fikrincə, Əli Kərimlinin pasportunun qaytarılması da çox müsbət bir addım olar: “Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …