Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / ELŞAD MİRİ KEÇMİŞ İŞÇİSİNİ NİYƏ POLİSƏ VERDİ?  – QARŞILIQLI SƏRT İTTİHAMLAR

ELŞAD MİRİ KEÇMİŞ İŞÇİSİNİ NİYƏ POLİSƏ VERDİ?  – QARŞILIQLI SƏRT İTTİHAMLAR

Azinforum.az xəbər verir ki, Orxan Zeynal adlı şəxs öz Feysbuk səhifəsində ilahiyyatçı Elşad Miri barədə sərt ittihamlar səsləndirib. Sözügedən şəxsin yazısında qeyd edilir ki, o, bir il yarım  Elşad Mirinin yanında işləyib və bu müddət ərzində ilahiyyatçıda bir çox mənfi xüsusiyyətləri aşkar edib.

Orxan Zeynal yazır ki, Elşad Miri öz rəhbərliyi altında çalışan  işçilərin pulunu kəsir və özü üçün təmtəraqlı həyat tərzi keçirir.  Məlum paylaşımda Elşad Mirinin barəsində olduqca sərt fikirlər olduğu səbindən həmin yazıdakı bütün incəliklərə varmırıq. Bir faktı da qeyd edək ki, narazı şəxs ilahiyyatçını hətta  Allahsızlıqda belə ittiham edib.

st

 

Barəsində səslənən kəskin ittihamlara aydınlıq gətirmək üçün Azinforum.az  Elşad Miri ilə əlaqə saxlayıb. İlahiyyatçı saytımıza açıqlamasında bildirib ki, belə bir şəxs doğrudan da onun rəhbərlik etdiyi Media Monitorinq Mərkəzində çalışıb:

“Onun əsl adı Orxan Zeynalovdur. Kasıb adamıydılar. Biz onları iki qardaş işə götürdük. İşdə yol verdikləri nöqsanlara: yatdıqlarına və işə daim gecikdiklərinə  görə onları işdən çıxarmışıq. Maaşlarını da tam alıblar.  Bu səbəbdən də gedib barəmizdə olmazın iftiralarını səsləndirirlər. Artıq bu barədə polisə müraciət etmişəm”.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Məktəblərdə qiymətləndirmə şəffaf aparılmır” – RƏY

“Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli …

Bir cavab yazın