Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / ELDAR MAHMUDOVUN “EMİLAND” SEVGİSİ – BİR DƏFƏ GEYİNDİYİ KÖYNƏYİ İKİNCİ DƏFƏ GEYİNMİRDİ (VİDEO)

ELDAR MAHMUDOVUN “EMİLAND” SEVGİSİ – BİR DƏFƏ GEYİNDİYİ KÖYNƏYİ İKİNCİ DƏFƏ GEYİNMİRDİ (VİDEO)

Fəaliyyətinə xitam verilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) Eldar Mahmudovun rəhbərliyi altında fəaliyyət göstərən mütəşəkkil dəstə ifşa olunandan sonra, həmin qurumu təmsil etmiş rəhbər işçilərin dəhşətli cinayətlərdə əlləri olması üzə çıxdı. Məlum oldu ki, yüksək vəzifə səlahiyyətlərindən istifadə edən həmin adamlar eyni zamanda özlərinə dəyəri milyonlar, bəlkə də milyardlarla ölçülən varidat toplayıblar. Təbii ki, əldə olunan haram pullar  sözügedən  adamların gündəlik yaşam tərzində də müəyyən izlər buraxıb. Onlar professional çekistlər kimi  deyil, harın adamlara xas olan  həyat tərzi sürüblər. Bu xüsusda  Azinforum.az maraqlı informasiya əldə edib. Məlumatlı mənbə saytımıza Eldar Marmudovun geyim  həvəsi və kolleksiyası haqda təəccübə səbəb ola biləcək məlumatlar verib. Həmin mənbənin sözlərinə görə, sabiq MTN  şefi  xüsusi zövqlə geyinməyi xoşlayırmış:

“Eldar Mahmudov çox qabarıq bədən quruluşuna malik olduğu üçün,  onun zövqünə uyğun olan ölçüdə brend  kostyum və köynəkləri tapmaq elə də asan məsələ deyildi. Bu səbəbdən də, o, daha çox sifarişlə tikilən kostyum və köynəklərə üstünlük verirdi.  Eldar Mahudovun geydiyi bütün köynəkləri yerli istehsal sayılan “Emiland” firması tikirdi. Sabiq MTN şefinin maraqlı bir xsusiyyəti isə onda idi ki, o, bir dəfə geydiyi  köynəyi qətiyyən  ikinci dəfə geyinmirdi. Bu səbəbdən də, hər ay ona “Emiland” tərəfindən xüsusi sifarişlə xaricdən baha qiymətə alınmış  parçalardan tikilən 30 ədəd köynək hədiyyə edilirdi. Köynəklərin qol düyməsi olan yerində “E.M” hərifləri toxunurdu. İlk baxışdan elə təəssürat yaranırdı ki, bu həriflər “Emiland” brendini tanıtmaq üçündür.

em

Ancaq məsələnin kökünə dərindən bələd olanlar bilir ki, köynəklərə toxunan həriflər sabiq baş çekistin adı və familiyasını ifadə edirdi. Bir faktı da deyim ki, “Emiland”ın rəhbəri olan Hikmət adlı şəxsin Eldar Mahmudovla çox yaxın münasibəti olub. Hikmət 90-cı ilin ortalarına kimi yaxşı pencək tikən  məşhur dərzi kimi tanınıb və birdən- birə onun ulduzu parlamağa başlayıb.  Hazırda respublikada ən bahalı pencəkləri tikən “Emiland” brendi dərzixanadan müasir standartlara cavab verən fabrikə çevrilib. Eldar Mahmudovun geyindiyi kostyumların ölçüsünü də şəxsən  Hikmətin özü götürüdü və deyilənə görə, o, geyimin tam başa gəlməsi ilə bağlı ən balaca işi belə özündən başqa kiməsə etibar etmirmiş”.

Bu məlumat bizdə “Emiland” adının nə mənanı ifadə etməsi ilə bağlı böyük maraq yaratdı. Bu istiqamətdə aparacağımız araşdırmadan əldə edəcəyimiz nəticəni sizlərlə bölüşəcəyik.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Rövşən ƏLİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın