Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / DYP-dən türkiyəli blogerin rüşvət iddialarına cavab: “Cəriməni nağd ödəyib”

DYP-dən türkiyəli blogerin rüşvət iddialarına cavab: “Cəriməni nağd ödəyib”

Türkiyəli bloger Alper Rende Azərbaycanla bağlı hazırladığı reportajda Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının ondan rüşvət aldığını iddia edib və bunu əks etdirən kadrları reportaja yerləşdirib.
Məsələ ilə bağlı Bakı şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli Yeniavaz.com-un sorğusunu cavablandırıb.
O bildirib ki, Türkiyəli bloger Alper Rendenin icarə ilə idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə məbləği ödənilib.
““Toyota” markalı avtomobilin sürücüsü  cərimə məbləğini nağd formada təqdim edib. Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Yeniavaz.com-a bildirib ki, nağd formada cərimə ödəmək deyə bir şey yoxdur:
“Nağd formada heç kim cərimə ödəyə bilməz. Nağdsız formada, internet vasitəsilə, banka ödəyə bilər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …