Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar
Mahmudova qarşı Dövlət Təhlükəsizliyi Xidməti mülki iddia qaldırıb.
Məlumata
görə, təqsirləndirilən Vüqar Mahmudovdan 10 milyon 653 min 358 manat
məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi istənilib.
Qeyd
edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli
şəxslərin cinayət işində ən yüksək məbləğdə mülki iddia Vüqar Mahmudova
qarşı qaldırılıb.
Energetika
və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq
rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə mühakimə olunan
şəxslərə qarşı 3 milyon manat, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi,
general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa
Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir
Qurbanov və onlarla birlikdə mühakimə olunanlara qarşı 1 milyon manat,
Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı isə 7
milyon manatlıq mülki iddia verilib.
Bu şəxslərin cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində hökm elan edilib və onlara qarşı verilmiş mülki iddialar təmin olunub.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …