Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanənda yerləşən
yataqxanada məskunlaşmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
əməkdaşları mənzil bölgüsü zamanı ev ala bilməyiblər. Bu haqda bir neçə
gün öncə saytımızda yayımlanan məqaləyə AMEA-dan cavab gəlib.
AMEA-nın
İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi
komissiyasının katibi Sərdar Əliyevin göndərdiyi məktubda quruma qarşı
ünvanlanmış ittihamların əsassız olduğu bildirilib:Bakı şəhəri, Yasamal
rayonu, Şərifzadə küçəsi, 12 ünvanənda yerləşən yataqxanada məskunlaşmış
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları mənzil bölgüsü
zamanı ev ala bilməyiblər. Bu haqda bir neçə gün öncə saytımızda
yayımlanan məqaləyə AMEA-dan cavab gəlib.
AMEA-nın
İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi
komissiyasının katibi Sərdar Əliyevin göndərdiyi məktubda quruma qarşı
ünvanlanmış ittihamların əsassız olduğu bildirilib:
“AMEA-da
işləyən və yataqxanada yaşayan alimlər mənzillə təmin edilib və bu
məsələ ilə əlaqədar AMEA-da heç bir qalmaqal yoxdur. AMEA əməkdaşları
mənzil bölgüsündən çox razıdırlar. Bu məsələnin ətraflı izahı məqsədilə
aşağıdakıları bildiririk:
Akamediyanın
keçmiş rəhbərliyi dövründə AMEA ilə “Evrostroy-S” MMC arasında,
AMEA-nın, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında
yerləşən yataqxanasında yaşayan əməkdaşların mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14
noyabr 2012-ci il tarixli müqavilə bağlanıb. Yataqxana AMEA-nın
balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən
yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan
sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər.
Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də
nəzədə tutulmur.
Müqavilədə
podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli
yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz
əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdu. Lakin müqavilə bağlanan
zaman “Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi
göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik.
Məlumat
üçün bildiririk ki, müqavilə bağlanarkən yataqxanada 116-ya yaxın
ailənin yaşamasına baxmayaraq, “Evrostroy-S” MMC Şərifzadə küçəsi, 12
ünvanında inşa etdiyi binadan AMEA-ya 54 mənzil ayırdı. Bu mənzillər
azlıq etdiyinə və həmin ünvanda əlavə mənzillər olmadığını
bildirdiklərinə görə, AMEA-nın təkidindən sonra “Evrostroy-S” MMC ətraf
qəsəbələrdə inşa edilmiş yaşayış evlərindən də mənzillər ayırdı. Bu
mənzillərin cəmi, hətta yataqxana ilə əlaqədar olan və hazırda AMEA-da
işləyən elmi işçilərə də azlıq etdi. Hazırda əlavə mənzillərin ayrılması
üçün “Evrostroy-S” MMC ilə danışıqlar davam etdirilir. Hətta
tərəfimizdən hüquq-mühafizə orqanlarına da müraciət etmişik”.
AMEA-nın
verdiyi açıqlamadan belə çıxır ki, qalmaqalların səbəbkarı
“Evrostroy-S” MMC-dir. Siyahıda əgər 116 ailənin adı vardısa, tikinti
şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırır?
Qeyd
edək ki, uzun illər “Evrostroy-S” MMC kimi fəaliyyət göstərmiş tikinti
şirkəti adı mətbuatda tez-tez qalmaqallarda hallandığı üçün rebrendinq
edərək “Sipark İnşaat” olub. Məsələ ilə əlaqədar olaraq “Sipark İnşaat”a
dəfələrlə zəng etməyimizə baxmayaraq, suallarımıza cavab verəcək bir
nümayəndə tapa bilmədik. Şirkətdən bununla bağlı əlaqə saxlanılacağı
bildirilsə də, hələ də heç bir məlumat yoxdur. \\bizimdovr.az\\
Həmçinin oxuyun
Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …