Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Dövlət Müstəqilliyi Günü qeyri-iş günü elan edilməlidir” – TƏKLİF

“Dövlət Müstəqilliyi Günü qeyri-iş günü elan edilməlidir” – TƏKLİF

Vahid Əhmədov: “Müstəqillik Günü əsas bayram elan olunmalıdır”

Bu gün Aərbaycanın müstəqilliyinin növbəti ildönümü qeyd olunur. Bu tarixi günlə bağlı Moderator.aza açıqlama verən millət vəkili Vahid Əhmədov 18 oktyabr tarixi və 27 illik müstəqillik tarixi ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu gün müstəqiliyimizin 27 ili tamam olur. Bu 27 il əzində çox böyük uğurlar əldə edilib. Baxmayaraq ki, ilk dövrlər dövlətimiz üçün çox ciddi çətinliklər, məhrumiyyətlər meydana çıxdı.

Ümumilikdə hər bir dövlətin ilk dövrləri olduqca çətin və ağır olur. Dövlət çevrilişinə cəhdlər, iqtisadi çətinlik özünü büruzə verir və s. Dövlət yerində möhkəmənəndən sonra isə müstəqillik həm iqtisadi, həm də siyasi baxımdan daha da möhkmlənir. Azərbaycan da bu yolu keçib. 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir.

Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay müstəqil dövlət kimi fəaliyyət göstərdi.

Ötən dövr ərzində, xüsusilə də son 15 il ərzində ilham Əliyevin rəhbərliyi altında çox ciddi iqtisadi islahatlar həyata keçirildi. Bunun nəticəsidir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi baxımdan önəmini çox yüksək qiymətləndirir.

Ölkəmizdə iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanda bütün bölgələrdə infrastruktur layihələri gerçəkləşdirilir, bütün problemlər öz həllini tapır.

27 il ərzində iqtisadi baxımdan müəyyən məsələlər öz həllini tapıb. Ordu quruculuğu ilə bağlı ciddi məşğul olub. Ölkə başçısı ordu quruculuğuna çox müsbət yanaşıb. Milli Məcıis olaraq biz də bu prosrsə kifayət qədər vəsait ayırırıq.

Azərbaycanın ən ciddi problemi olan siyasi problem Dağlıq Qarabağdır. Təəssüflər olsun ki, bu 27 il ərzində sözügedən problem öz həllini tapmayıb. Bu, bizim ən ağrılı yerimizdir. Ona görə də siyasi problemlərimizin hamısını həll etdiyimizi iddia edə bilmərik.

Əgər işğaldakı torpaqlarımızı axırıncı metrinə qədər azad edib Azərbaycan dövlətçiliyini bərpa etsəydik, siyais problemlərin də tam olaraq həll edildiyini deyə bilərdik. Buna isə bir qədər vaxt lazımdır. Yəqin ki, zamanla bu problem də öz həllini tapacaq.

Sevindiricidir ki, ABŞ-ın ştatlaının birində ayın 18-ni Azərbaycanın müstəqillik günü elan ediblər. Hesab edirəm ki, Müstəqillik Günü əsas bayram kimi elan edilməli, bu tarix qeyri-iş günü elan olunmaıdır”.

Mən müstəqillik günü münasibəti ilə bütün xalqı təbrik edirəm və arzu edirəm ki, ümid edirəm ki, mütəqilliyimizin növbəti ilinə qədər işğaldakı torpaqlarımızı da azad edəck, gələn il bu bayramı bütün ölkə ərazisində qeyd edəcəyik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …