Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Dellora”nın müsahibi döyüldü, maşın qarət olundu

“Dellora”nın müsahibi döyüldü, maşın qarət olundu

Azərbaycanda mebel satışı ilə məşğul olan şirkətin əməkdaşı döyülüb.

“Report”un xəbərinə görə, hadisə Siyəzən rayonunun Zarat qəsəbəsində baş verib. Belə ki, “Dellora” mebel mərkəzinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedən zaman Siyəzən rayonu ərazisində onun “Mercedes” markalı avtomobilində nasazlıq yaranıb. Avtomobildən düşüb təmir etmək istəyən zaman naməlum şəxslər ona hücum edib xəsarət yetirərək maşında olan “Dellora” mebel mərkəzinə məxsus külli miqdarda pulu ələ keçirib hadisə yerindən qaçıblar.

Yaralı Samir Cəlalov xəstəxanaya yerləşdirilib.

Hazırda cinayəti törədənlərin axtarışları aparılır.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın