Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Danışıqların alternativi yoxdur, başqa yol müharibədir” – Erməni deputat

“Danışıqların alternativi yoxdur, başqa yol müharibədir” – Erməni deputat

Danışıqların alternativi yoxdur, amma danışıqlar aparan şəxs dəyişdirilməlidir.

Bunu martın 17-də Ermənistan parlamentinin insan hüquqları və sosial məsələlər üzrə daimi komissiyasının sədri Taqui Tovmasyan deyib.

“Danışıqların alternativi yoxdur, başqa yol müharibədir. Ancaq danışıqlar aparan şəxs dəyişdirilməlidir. Nikol Paşinyan demişdi ki, mümkün risklərin və növbəti müharibənin qarşısını ala bilmək üçün qoşunlarımız Zəngəzurdan geri çəkilib.

Bundan sonra yeni toqquşma baş verdi, düşmən torpaqlarımızı zəbt etdi. Biz müxtəlif sahələrdə güzəştlərə getdik. Bütün bu güzəştləri Nikol Paşinyan edib.

Əvvəlcə düşmənimizin kim olduğunu anlayaraq sıfırdan danışıqlara başlamaq lazım idi. Danışıq aparan şəxs dəyişdirilməlidir ki, o, Ermənistanın milli maraqlarını təbliğ edə bilsin”, – erməni deputat deyib.

Tovmasyan Xankəndi və Bakı arasında dialoqa da münasibət bildirib.

“Biz görürük ki, Ermənistan hakimiyyəti “Arsax”ı Bakı ilə tək qoyub. Lakin Qarabağ erməniləri Rusiyanı etibarlı müttəfiq və tərəfdaş hesab edir. Onlar istənilən danışıqların aparılmasında rus sülhməramlılarının iştirakını israr etməkdə davam edirlər.

Görüş məhz bu səbəbdən gecikdirilir. Çünki Bakı Rusiya sülhməramlılarını hər vasitə ilə bu danışıqlardan çıxarmaq istəyir. Amma Qarabağ xalqı belə bir perspektiv istəmir. Ona görə də danışıqların Rusiya sülhməramlılarının iştirakı ilə və eyni yerdə davam etdirilməsində israrlıdır”, – Tovmasyan bildirib./Konkret.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …