Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” – Putin

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” – Putin

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımırdı. Bu, o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağ, həm də ona bitişik bütün rayonlar Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”.

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsinə münasibət bildirib.

O, eyni zamanda, KTMT-yə üzvlük şərtlərinin Rusiyanı münaqişəyə qarışmağa məcbur etmədiyini vurğulayıb: “Heç kim Ermənistanın ərazisini zəbt etməyib və bu bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi”.

Putin Moskvanın İrəvanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirdiyini əlavə edib.

“Sizi əmin edirəm ki, Ermənistan özünü tərk edilmiş, unudulmuş hiss etməyib. Rusiya bunun baş verməməsi üçün hər şeyi etdi”, – deyə Rusiya lideri vurğulayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …