Cümə , Aprel 26 2024
Ana səhifə / Cüdoçularımız vətənə qayıdıblar

Cüdoçularımız vətənə qayıdıblar

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımız sentyabrın 4-də Vətənə qayıdıblar.

Mötəbər yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın