Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Aktual / CEYHUN OSMANL “MADO”NU HANSI JURNALİSTƏ BAĞIŞLAMAQ İSTƏYİRDİ? KÖHNƏ GÖRÜŞ YERİ NİYƏ DƏYİŞİB?

CEYHUN OSMANL “MADO”NU HANSI JURNALİSTƏ BAĞIŞLAMAQ İSTƏYİRDİ? KÖHNƏ GÖRÜŞ YERİ NİYƏ DƏYİŞİB?

Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə bağlı proseslər hələ ki, səngiməyib. Davam edən proseslər fonunda artıq Türkiyənin rəsmən terrorçu elan etdiyi nurçu sektasının lideri Fətullah Gülənin tərəfdarlarının müəyyənləşdirilərək həbsə atılması daha aydın nəzərə çarpır. Türkiyə cəmiyyətinin fərqli seqmentlərində təmsil olunan tanınmış insanların bu hadisələrlə bağlı həbsə atılması kənardan heyrətlə qarşılanır. Müəyyən olur ki, sözügedən şəbəkə qardaş ölkənin ən önəmli strukturlarına qədər nüfuz etməyi bacarıb. Gülən şəbəkəsinin imkanları və fəaliyyət sferaları haqda həddindən artıq çox danışıldığı üçün, ətraflı izahata ehtiyac duymuruq. Şəbəkənin qüdrətli olmasını simvolizə edən ən önəmli faktorlardan biri də, onların genişlənmə və nüfuz etmə prosesinin yalnız Türkiyə ilə məhdudlaşmamasıdır. Bunun üçün də, həmin sekta müxtəlif adlar altında öz adamlarını başqa ölkələrin də fərqli strukturlarına yerləşdirməklə məşğul olub.

Gülən şəbəkəsi ictimai-siyasi və “xeyriyyəçilik” fəaliyyətlə yanaşı müxtəlif ölkələrdə bizneslə də məşğul olur. Şübhəsiz ki, bütün dünyanın zahirən loyal İslam modeli kimi qəbul etdiyi gülənçilərin Azərbaycanla bağlı da planları olub. Bir müddət əvvəl Azərbaycan mediasının gündəmini bu mövzu ciddi şəkildə məşğul etdi. Azinforum.az xəbər verir ki, ölkənin ciddi sayılan media quruluşlarında Prezident Administrasiyasında rəhbər postlardan birini tutan Elnur Aslanovun həmin şəbəkənin Azərbaycandakı liderlərindən biri olmasına dair çeşidli məlumatlar tirajlandı. Bəlli oldu ki, Gülənlə bağlı olduğu iddia edilən şəbəkə Azərbaycanın da bir sıra qurumlarına nüfuz edibmiş. Azərbaycan hakimiyyəti tez və operativ tədbir görərək nurçuların Azərbaycandakı ən önəmli fiqurlarından biri kimi tanınan Elnur Aslanovu tutduğu rəhbər postdan azad etdi.

mado-ankara-kentpark7f09bbf7-1f9a-40ee-979e-58ad7de62846

Həmin qalmaqalda Elnur Aslanovun adı tək hallanmırdı. Bir vaxtlar Azərbaycan gəncliyinin “lideri”nə çevrilən sabiq millət vəkili Ceyhun Osmanlının da adı Elnur Aslanovun yaxın silahdaşı qismində çəkilirdi. Məhz bu cür təqdimatlardan sonra, perspektivinə böyük ümidlər bəslənən gəncin yenidən millət vəkili olmaq arzusuna son qoyuldu. Mövzunun aktuallığı bizi bəzi məqamlara yenidən ekskurs etməyə vadar edir. Maraqlıdır ki, hazırda təhlükəli hesab edilən həmin camiə ilə adı birlikdə hallanan bir çox şəxslər Azərbaycanda gözdən uzaqlaşsalar da, arxa pland öz dərin işləri ilə məşğul olurlar. Həmin adamların əsasən də, böyük bizneslə məşğul olduqlarına dair təkzibolunmaz məlumatlar var. Bakıda fəaliyyət göstərən məşhur “MADO” restoranları şəbəkəsinin də, sözügedən çevrəyə aid olmasına dair mediada çoxlu sayda materiallar işıq üzü görüb. Hətta həmin restoran şəbəkəsinin Azərbaycanda Elnur Aslanovun yaxın dostu sabiq millət vəkili Ceyhun Osmanlı tərəfindən idarə edilməsinə dair məlumatlar yayılmışdı. Ceyhun Osmanov isə, mediaya açıaqlamasında həmin xəbəri ironik tərzdə qarşılayaraq , belə bir fikir işlətmişdi:

“Onun kimə məxsus olması barədə heç təsəvvürüm belə yoxdur. Əgər hansısa bir jurnalist onun mənə aid olduğunu yazırsa və onu sübut edirsə, əgər mənimdirsə, onu həmin günü həmin jurnalistə bağışlayaram. Əgər MADO mənimdirsə mən onu həmin jurnalistə bağışlaya bilərəm. Hansı jurnalist bunu sübut etsə, “Mado”nu ona bağışlayacam”.

Aydındır ki, belə incə detalları sübut etmək jurnalist üçün asan məsələ deyil. Çünki heç bir ağılsız publik şəxs öz adına hansısa biznes fəaliyyətini rəsmiləşdirmir. Ancaq hökumətin bəzi strukturları üçün hansı obyektin hətta dolayı vasitələrlə kimə aid olmasını sübut etmək asan bir məsələdir. Biz bir faktı dəqiqliklə deyə bilərik ki, hələ PA-da çalışdığı vaxt Elnur Aslanov axşam saatlarında tez-tez dostları ilə birlikdə “Mado”da görsənirdi. Onun Ceyhun Osmanlıyla orda qızğın müzakirələr apardığını da, az adam görməyib. Elə o vaxt da maraqlı sual yaranırdı: Niyə məhz “MADO”?

 

Elnur-Ceyhun
Azinforum.az bildirir ki, “MADO” şəbəkəsi onlar barəsində tənqidi materiallar tirajlayan bəzi elektron KİV-lərlə yeni iş prinsipi müəyyən etdiyi üçün, restoranın fəaliyyəti KİV-lərin yaddaşından bir qədər silindi. Hətta yuxarıda qeyd etdiyimiz mövzulara toxunulan yazıları da axtarış sistemləri vasitəsilə tapmaq müşkülə çevrilib. Yəqin ki, restoranın təşkil etdiyi media turlar və pulsuz verilən “media menyuların” bu məsələyə önəmli təsiri olub.
M. MİRZƏ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Elçin Quliyev yaralı əsgərə baş çəkib – VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər Ceyhun …

Bir cavab yazın