Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Çətin ki, bir də müharibə olsun – Ohanyan
YSU scientific council hosts the RA Minister of Defence Seyran Ohanyan

Çətin ki, bir də müharibə olsun – Ohanyan

Müharibə təhlükəsi həmişə var, amma yaxın gələcəkdə çətin ki, bu baş versin. Ermənistanın sabiq müdafiə naziri, «Hayastan» müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə çıxışında belə deyib.

 Azvision.az erməni mediasına istinadən xəbər verir ki, Ohanyan bölgədə müəyyən təhlükələr olduğunu, amma bunun Ermənistan hakimiyyəti tərəfindən lazımi səviyyədə təhlil edilmədiyini bildirib.- Real qiymətmətləndirmə aparmaq, hərbi əməliyyatların başlayacağı barədə nəticələr çıxarmaq üçün Təhlükəsizlik Şurasının, Müdafiə nazirliyinin və Baş Qərargahın məlumatlarına sahib olmalısan. Düşünürəm ki, müharibə təhlükəsi həmişə var, amma hesab edirəm ki, yaxın gələcəkdə və indiki vəziyyətdə bu real deyil,-Ohanyan vurğulayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …