Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Cənab prezident, şəkil bulanıq düşüb, yenidən çəkdirə bilərik?” – Video

“Cənab prezident, şəkil bulanıq düşüb, yenidən çəkdirə bilərik?” – Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət ediblər. Bundan başqa, həm ölkə başçısı, həm də Birinci vitse-prezident gənclərlə şəkil çəkdiriblər.

Bu zaman gənclərdən biri Prezidentə şəkillə bağlı müraciəti ilə diqqət çəkib. Belə ki, o, İlham Əliyevə dövlət başçısı ilə çəkdirdiyi şəklin yaxşı düşmədiyini deyib və yenidən foto çəkdirməyi xahiş edib. Bu zaman Prezident gəncin xahişinə müsbət cavab verib. Ölkə başçısı şəkil çəkiləndən sonra gəncdən yaxşı düşüb-düşməməsini yoxlamasını istəyib.

Həmin anın videosunu təqdim edirik:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …