Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Bu şəhərdə”dən biletlərin məcburi satılmasına cavab: “Bəzi “ağıllı”lar üçün…”

“Bu şəhərdə”dən biletlərin məcburi satılmasına cavab: “Bəzi “ağıllı”lar üçün…”

“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov Lənkəranda təşkil edilən konsertin biletlərinin müəllimlərə məcbur satılması xəbərinə münasibət bildirib.

Musavat.com-a açıqlama verən prodüser yayılan xəbərləri əsassız adlandırıb: “Həmişə, hər zaman bu 17 ildə bizi müzakirə ediblər. Bunlar yaxşı və pis olub. Mən bu günümüzə “min şükür” deyirəm. Vay o gündən ki, müzakirə olunmayaq. Dalımızca danışırlarsa, deməli qabaqdayıq. İnşallah,  15-20 il də bizi müzakirə edərlər. Bəzi “ağıllı”lar üçün bir məntiq də var. Əgər, insanlar konsertə bilet ala bilmirsə, çöldə qalırsa, deyirlər ki, bilet məcbur satılıb. Onların məntiqini anlaya bilmirəm. Konsert zalı dolu idi, insanlar bilet tapa bilmirdi. Bu halda konsertin biletləri necə məcbur satıla bilər?”

Qeyd edək ki, biletlərin məcbur satılması ilə bağlı məlumatı Lənkəran məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşıb.

“Qafqazinfo”ya adını açıqlamaq istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: “Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb”.

Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb.

Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …