Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Bu hadisələr daha da azğın xarakter alıb” – Oruc Zalov

“Bu hadisələr daha da azğın xarakter alıb” – Oruc Zalov

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında daxili işlər nazirinin müavini, Dövlət Komissiyasının üzvü, general Oruc Zalov çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, O. Zalov bildirib ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri ilk növbədə Azərbaycan xalqına qarşı törədiblər: “Bu hadisələr daha da azğın xarakter alıb, keçmiş Ermənistan rəhbərliyi başda olmaqla SSRİ rəhbərliyinin bu hadisələrə mülayim münasibətini hiss edərək torpaqlarımızda yaradılmış Ermənistan ərazisindən yüz minlərlə soydaşımızın köçürülməsinə, onların soyqırımına, mal və mülklərinə qəsd ediblə. Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var. Biz arxivdə olan məlumatları onlara çatdrmalıyıq. Daxili İşlər Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına bu istiqamətdə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …