Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı… – Foto

Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı… – Foto

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

“ Azinforum.az ” xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir. 

O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. O, hərbi xidmətə getməzdən qabaq rayonda restoranların birində ofisiant işləyib. 

A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidimizin fotosunu təqdim edirik:

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …