113 saylı Şəki şəhər seçki dairəsində toqquşan və namizədlikləri
qeydə alınan milyonçu oğlu ilə məmur oğlu seçkidən geri çəkilib.
Axar.az
xəbər verir ki, ilk gündən “ölüm qrupu” adlanan dairədən namizədliyini
irəli sürən xüsusilə iki gənc diqqət çəkirdi. Onlardan biri vaxtilə
Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadə
idi.
Nicat
Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin
Durham Biznes Məktəbinin məzunudur. Atası Nasir Mustafazadə “Azəri
Servis” LTD-nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət
Konsernində çalışıb.
Bir
neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və
sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya
satdığı məlum olmuşdu. İndi oğlu N.Mustafazadənin Şəkidən deputatlığa
iddialı olması və sonradan imtina etməsi maraq doğurub.
Dairədən
namizədliyini vermiş, daha sonra seçkidən imtina edən digər şəxs isə
Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur. Firon Əliyevin
1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyev də məlum olmayan səbəbdən
seçkidən geri çəkilib.
Xatırladaq
ki, Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus
“SYNERGY GROUP” MMC-də Kommersiya departamenti direktoru vəzifəsində
çalışır.
Hazırda
sözügedən dairədən yeganə iddialı namizəd YAP-çı Vüqar Yapon oğlu
İsgəndərovdur. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki
şəhər Təşkilatının sədr müavini olan V.İsgəndərov idmançı kimi tanınır.
Hazırda ən təhlükəli namizədləri geri çəkilən V.İsgəndərovun deputatlıq
şansı yüksək qiymətləndirilir.
Həmçinin oxuyun
“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri
Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …