Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / BNA avtobuslarda karantin qaydalarına nəzarət edə bilmir – Video

BNA avtobuslarda karantin qaydalarına nəzarət edə bilmir – Video

Gündəlik olaraq insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən biri sərnişindaşıma avtobuslarıdır. Elə xüsusi karantin rejimi dövründə də insanlar ən çox avtobuslardan istifadə edir. 

Bəs karantin rejimi dövründə qəbul edilən qaydalara bu ictimai nəqliyyat vasitələrində əməl edilirmi? 

Bu suala cavab tapmaq üçün Baku TV əməkdaşları paytaxt küçələrində çəkiliş aparıblar. 

Görünən mənzərə odur ki, bütün sərnişinlər avtobuslarda xüsusən günün pik saatlarında olan sıxlıqdan şikayətçidirlər. Avtobus sürücüləri bununla bağlı onlara tapşırıq verildiyini bildirsə də, təəssüf ki, qaydalara əməl edilmir.

Ətraflı videosüjeti təqdim edirik:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …