Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Biz niyə bu gündəyik və nədən gözləmə mövqeyində qalmalıyıq?..”

“Biz niyə bu gündəyik və nədən gözləmə mövqeyində qalmalıyıq?..”

“Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq…”

Tanınmış politoloq, istiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev Moderator.az redaksiyasına son dövrlərin olaylarıyla səsləşən bir yazı təqdim edib.
Aktuallığını nəzərə alaraq həmin materialı nəzərinizə çatdırırıq:
“Əziz oxucular! Son zamanlar mənə tələbələr, gənclər, ayrı-ayrı vətəndaşlar və tanışlar belə bir sualla tez-tez müraciət edirlər – “Biz niyə bu gündəyik?..”   Onları daha çox bizim bu duruma düşməyimizin səbəbləri və ondan qurtulma  yolları maraqlandırır. Odur ki, mən bir vətəndaş kimi apardığım elmi araşdırmalar nəticəsində gəldiyim subyektiv fikirlərimi sizlərlə bölüşmək qərarına gəldim. 
“Biz niyə bu gündəyik?” sualına cavab tapmaq üçün sizlərlə birgə bir az keçmişə səyahət etmək istərdim. Min illərdir bu torpaqlarda yaşayan türk mənşəli aborigen tayfalar, zaman-zaman istilalara və irticalara məruz qalmışdır… 
Islamı “qılınc” gücünə bizlərə qəbul etdirən ərəblərin Peyğəmbərimizdən(s) və onun sadiq səhabələrindən sonra qurduqları xilafətlər bir neçə əsr ərzində millətə əsla əsl İslamı deyil, öz hakimiyyətlərini saxlamaq və insanları daha çox istismar etmək üçün öz qafalarındakı dini bilgiləri, xurafat və möhfumatı aşıladılar. Milli qarşıdurmalar yaratmaqla bizlərə satqınlığı və xəyanəti öyrətdilər. Həmin təbliğat öz “bəhrəsini” verdi.  Beləliklə, İslama xəyanət edən münafiq, bəzən də kafir xəlifələrin murdar siyasəti və ərəbkafalılardan ibarət  vəzifəyə və pula satılmış yerli  bir feodal və ruhani zümrəsinin köməyi ilə türk qan yaddaşının iyirmi faizini məhv edə bildilər…

Daha sonralar onların yerini farsbaşlılar tutdu. Dini dövlət siyasətinə çevirdilər, təriqətlər yaratdılar və yürütdükləri məkrli siyasətlə əvvəlcə ərazilərimizə yiyələndilər, sonra isə yetişdirdikləri farsbaşlı dönük türkkökənlilərin əli ilə həm öz dövlətlərini qurdular, həm də daha on beş faiz türk dəyərlərini məhv etdilər. Ilk dəfə bir din qardaşımız xristianlarla sövdələşərək soydaşlarımızın və ərazimizin əksər hissəsini əllərində saxlamaqla, dövlətimizi iki yerə parçaladı… 
Biz farslardan daha məkrli və daha təhlükəli bir imperiyanın istismarına verildik. Bir əsr ərzində dini və dili bizlərə yad olan bir imperiyanın siyasəti  nəticəsində özlərindən daha məkrli, satqın, xəyanətkar və mərdimazar haylar ərazimizə gətirildi… 
Son 200 ildə başımıza gələn bütün bəlaların səbəbini məhz bu deyilənlərdə axtarmaq lazımdır. Biz, ərəblərin və farsların təlqin etdiyi dini dəyərlərə üstünlük verərək “qonağa xüsusi hörmət olunmalıdır” prinsirinə riayət etdik. Indi başa düşürük ki, bunlar bizə bilərəkdən təlqin olunub. Nədən ərəb və ya fars hakimiyyətləri həmin prinsipə heç zaman əməl etməyiblər?.. 
Yazığımız gələn haylar bir əsr ərzində əvvəlcə dövlətlərini qurdular. Onlara bu müddət ərzində ermənilərlə və ruslarla “calaq” edilmiş törəmələrimiz hər cür yardım etdilər. Yenidən pöhrələnən və türk mənliyini saxlayanlar bir Cumhuriyyət (AXC) qurdular. Əgər türk ordusu vaxtında köməyimizə gəlməsəydi, biz dövlətimizi itirəcəkdik… 
Sonra rus ordusunun köməyi ilə əvvəlcə müstəqil dövlətimiz olan AXC işğal olundu. Daha sonra Zəngəzuru ələ keçirməklə yavru Naxçıvanı anası Azərbaycandan ayrı saldılar, Göyçəni ermənilərə əta etdilər. Gördülər ki, torpaqları almaqla bu xalqı çökdürə bilmədilər, ziyalı qırğını başlatdılar. Erməni “üçlüklərinin” əli ilə minlərlə aydınlarımız güllələndi, sürgün edildi və məhv edildi. Yetmiş il ərzində vəzifələrə xristian “nigahlıları” təyin etməklə türk dəyərlərinin yeni soyqırımı başladı. Türk “ağacına” calaq olunmuş “söyüdlər” milli dəyərlərdən uzaqlaşaraq manqurta çevrildilər. Xüsusilə haykanuşlarla izdivaca girənlər daha sürətlə qabağa çəkildilər. Bu gündə bizim ən böyük bəlamız məhz onlardır…
Ötən əsrin 80-ci illərinin sonunda millətin yenidən özünə qayıdışı prosesi baş tutdu, dünya bu xalqı tanıdı və sevdi. Qərbin ölkəmizə olan siyasi və iqtisadi maraqlarının artması imperiyanın soyqırım siyasətini yenidən alovlandırdı. Ermənilərin yardımı ilə Sumqayıt hadisələri törədildi, 20 Yanvar və Xocalı soyqırımı həyat keçirildi, milləti çökdürmək üçün Qarabağ bütünlükdə işğal olundu…
Türkiyəyə və Qərb ölkələrinə olan maraq artmağa başladı və yeni miqrant köçləri yarandı. Xaricə oxumağa gedənlərlə bərabər, daimi köçənlər və izdivac bağlayanlar da çoxalmağa başladı. Bağlanmış çoxsaylı iqtisadi müqavilələr siyasi müstəqilliyimizi artırdı. Lakin bir şeyi diqqətdən qaçırdıq. Yaddan çıxardıq ki, dünyaya səpələnən millət nümayəndələri yeni nigahlarla dəyərlərimizi parçalamaq zorunda qalıblar…
Eyni zamanda Qərbdə təhsil alanlardan bəziləri peşəkar milli kadrlara deyil, əsasən xristian izdivacından, xüsusilə də haylardan doğulanlara daha çox üstünlük verməyə başladılar. Hazırda yenə də Azərbaycana nəzarət uğrunda Qərb dövlətləri ilə Rusiya arasında nüfuz savaşı gedir. Rusiyanın imperiya ambisiyaları bitmək bilmir. Biz həddən artıq ehtiyatlı olmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, əsrlər boyu uğradığımığ işğallar nəticəsində biz milli dəyərlərimizin yarısını itirmişik… 
Lakin 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri göstədi ki, millət qısa bir zaman kəsiyində ayıldı, özünə qayıtdı və bütün dünyaya layiqli şəkildə milli dəyərlərini təqdim edə bildi. Hər iki halda hərbi uğurlarımızın qazanılmasında Türkiyədə təhsil almış hərbçilərimiz müstəsna rol oynadı. Məhz ona gərə də düşmənlərin əsas hədəfi də onlar oldu. Milli(!) General Polad Həşimov və onun hərbçi yoldaşlarının şəhidliyi nə qədər bizi üzsə də, xalqımızın bir araya gəlməsində əsas səbəb məhz onlar oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Yaradandan qazilərimizə cansağlığı, yaralılarımıza isə acil şəfalar diləyirəm…
Düşmənlərimiz kifayət qədər hiyləgər, məkrli, fürsətcil və xəyanətkardır. Əgər birlikdə olmasaq, milli dövlətimizi, kimliyimizi, qürurumuzu, şərəfimizi, şöhrətimizi, dəyərlərimiz,i ümumuyyətlə, hər şeyimizi itirə bilərik. Amma mən çox əminəm ki, şanlı bir tarix yazmış xalqımız heç zaman məğlub olamayacaqdır. Biz dəfələrlə düşmənlərimizə sübut etmişik ki, biz birlikdə yenilməzik… Döyüşü uduzmaq hələ hər şeyi uduzmaq deyil. Bizi ermənilər yox, onların havadarları məğlub edib. Artıq biz tək deyilik. Bu gün bir əsrdən sonra  yenidən Türkiyə dövləti öz ordusu ilə bahəm yanımızdadır və Milli Ordumuzla birgə təlimlərə başlayıb. Artıq dünyanın yarısından çoxu bizim haqq işimizi dəstəkləyir. Nədən biz gözləmə mövqeyinda qalmalıyıq?Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan bütün ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq. Çünki biz haqqıq, haqq bizimlədir və biz milli dəyərlərə söykənmişik. 
Yaşasın Azərbaycan!Yaşasın Türkiyə! Yaşasın haqq işimizdə bizə dəstək olan Pakistan və digər dövlətlər!..”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …